SON XƏBƏRLƏR

“Ergenekon”çular üsyana başladılar

2021.10.20, 07:36
“Ergenekon”çular üsyana başladılar

Gunaz.tv
“Ergenekon”çular üsyana başladılar ergenekon-logo.jpg Türkiyənin İstanbulun Eyüp rayonundakı “Ergenekon” adlı orta məktəbin digər məktəblə birləşdirilməsi qərarı etiraza səbəb olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məktəbdə oxuyan şagirdlərin valideynləri üsyana qalxıblar. Onlar məktəbin bağlanmasına qarşı etiraz aksiyası keçirərək topladıqları imzaları valiliyə təqdim ediblər. Şəhərin Nişanca məhəlləsində yerləşən orta məktəbin uğurlarına görə hətta bir çox özəl məktəblərə və litseylərə belə nümunə göstərildiyi qeyd edilir. Təhsil Nazirliyi isə dərslərin açılmasına qısa müddət qalmış “Ergenekon” məktəbinin yaxınlıqda yerləşən Şəhid Eyüp Bəyazit adına orta məktəbi ilə birləşdirilməsi barədə qərar çıxarıb. Qərara etiraz edən valideynlər, şagirdlər və müəllimlər məktəbə toplaşaraq nazirliyin yanlış addım atdığını bildiriblır. Onların sözlərinə görə, qərarın qəbuluna məktəbin adı və orta məktəbin müdirinin uğuruna qısqanclıq səbəb olub: “Məktəbimizin adı ilə bağlı onun bağlandığını və digər məktəblə birləşdirildiyini eşitdik. Bu çox yanlış qərardır. Çünki Türkiyədə adı “Ergenekon” olan bir çox qurumlar və məktəblər fəaliyyət göstərir». LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar