SON XƏBƏRLƏR

Ukrayna Rusiyaya qarşı ABŞ və NATO-dan kömək istədi

2021.10.20, 07:36
Ukrayna Rusiyaya qarşı ABŞ və NATO-dan kömək istədi

Gunaz.tv
Ukrayna Rusiyaya qarşı ABŞ və NATO-dan kömək istədi yushenko.jpg Gürcüstanda baş verən son hadisələrdən narahat olan Ukrayna prezidenti Viktor Yuşşenko ölkənin ərazi bütövlüyü ilə bağlı beynəlxalq təminat tələb edib. Lent.az-ın “NEWSru.Ua” saytına istinadən verdiyi məlumata görə, Yuşşenko Gürcüstan olaylarının kollektiv təhlükəsizlik modelinin alternativinin olmadığını göstərdiyini bildirib. Prezident Gürcüstandan Kiyevə gələn amerikalı senatorlar Cozef Liberman və Lindsi Qremlə görüşü zamanı məqsədlərinin Ukraynanın ərazi bütövlüyü və onun müstəqilliyi ilə bağlı beynəlxalq təminat almaq olduğunu vurğulayıb: “Bu isə ancaq kollektiv təhlükəsizlik çərçivəsində mümkündür”. Yuşşenko qeyd edib ki, NATO ilə əməkdaşlıq sahəsində ABŞ-ın dəstəyi və ölkənin Avroatlantika inteqrasiyasının sürətlənməsi onlar üçün çox vacibdir: “Gürcüstanda yaranan vəziyyət bizi son dərəcə narahat edir. Baş verənlərlə bağlı bir çox nəticələrə gəlmək olar. Ukrayna Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar