SON XƏBƏRLƏR

Rusiya böhrandan $1 milyard qazanıb

2021.10.20, 07:36
Rusiya böhrandan $1 milyard qazanıb

Gunaz.tv
Rusiya böhrandan $1 milyard qazanıb ABŞ-ın "Fannie Mae" və "Freddie Mac" ipoteka korporasiyalarının səhmləri ilə istiqrazlarına yatırılan investisiyalar Rusiyaya son 6 ay ərzində $1 milyarddan çox gəlir gətirib. Rusiyanın baş nazirinin müavini Aleksey Kudrinin dediyinə görə, Birləşmiş Ştatlardakı səhm və borc öhdəlikləri fonunda sözügedən ipoteka korporasiyaları çökməyib. "Bəli, qətiyyətlə deyirəm ki, onların qısamüddətli istiqrazları daha da bahalaşıb. Biz də bundan pul qazanmışıq. Həmin qiymətli kağızlara yatırdığımız investisiyalar son altı ay ərzində bizə təxminən 3-4% gəlir gətirib. Nəzəri baxımdan başqa qiymətli kağızlar vasitəsilə 7-8% gəlir əldə etmək mümkündü, lakin böhranda başqa səhmlər və istiqrazların qiymətləri sürətlə ucuzlaşıb. Misal kimi Norveçin Təqaüd Fondunu göstərə bilərəm. Bu qurum uğursuz investisiyalar ucbatından dəyərinin 6%-ni itirib", - A.Kudrin bildirib. Rusiya Mərkəzi Bankının sədrinin birinci müavini Aleksey Ulyukayev isə deyib ki, 2008-ci ilin yanvarından bəri Moskvanın ABŞ-dakı ipoteka korporasiyalarının səhmlərinə yatırdığı vəsait 40% aşağı salınıb. Hazırda Rusiyanın "Fannie Mae" və "Freddie Mac"ın səhmlərində təxminən $50 milyardı var. Bir qədər əvvəl isə Rusiya Mərkəzi Bankının ölkənin qızıl-valyuta ehtiyatlarından $100,8 milyardı ABŞ-ın ən iri ipoteka korporasiyaları olan "Fannie Mae", "Freddie Mac" və "Federal Home Loan Banks"ın səhmləri ilə istiqrazlarına yatırıb. Bu vəsait isə Rusiyanın qızıl-valyuta ehtiyatlarınn ümumi həcminin 21$-i və ya Moskvanın xarici şirkətlərə yatırdığı bütün pulların 37%-dir. Xatırladaq ki, ABŞ-dakı ipoteka böhranı nəticəsində "Fannie Mae", "Freddie Mac" və "Federal Home Loan Banks" çox böyük itkilər verib, onların səhmləri ilə istiqrazları xeyli ucuzlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar