SON XƏBƏRLƏR

AZƏRBAYCAN PREZİDENTİ GÜRCÜSTANDA BAŞ VERƏN HADİSƏLƏRƏ MÜNASİBƏT BİLDİRİB

2021.10.20, 07:36
AZƏRBAYCAN PREZİDENTİ GÜRCÜSTANDA BAŞ VERƏN HADİSƏLƏRƏ MÜNASİBƏT BİLDİRİB

Gunaz.tv
AZƏRBAYCAN PREZİDENTİ GÜRCÜSTANDA BAŞ VERƏN HADİSƏLƏRƏ MÜNASİBƏT BİLDİRİB ilham_aliyev-1.jpg Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda baş verən hadisələrə münasibət bildirib. Prezident İ. Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla bu gün mətbuat üçün verdiyi birgə bəyanatında bildirib ki, Azərbaycan Gürcüstanda həyatın normal axara dönməsini istəyir: “Biz istəyirik ki, qarşıdurmaya son qoyulsun. Gürcüstan və Rusiya hər ikisi Azərbaycanın dostudur. Biz dostlarımızın da dost olmasını istəyirik. Son günlərin hadisələri bir daha təsdiqlədi ki, regionda sabitlik nə dərəcədə həssas məsələdir”. Birgə layihələrin icrası üçün regionda sabitliyin vacib olduğunu vurğulayan İ. Əliyev Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü tanıdığını və münaqişələrin sülh yolu ilə həllini istədiyini qeyd edib. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar