SON XƏBƏRLƏR

Siyasi fəalın ailəsinə təzyiqlər edilir

2021.10.20, 07:36
Siyasi fəalın ailəsinə təzyiqlər edilir

Gunaz.tv
Siyasi fəalın ailəsinə təzyiqlər edilir Qulam Nəcəfinin ailəsi iqtisadi sıxıntı içərisindədir İranda həbs olunmuş siyasi fəalların ailələri də təzyiqlərə məruz qalır. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, ailəsi iyulun 4-də həbs edilmiş təbrizli Milli Hərəkat fəalı Qulam Nəcəfinin mağazasını hələ də işlədə bilmir. Xatırladaq ki, həbs ediləndən sonra hərəkatçının mağazası bir müddət qardaşı tərəfindən işlədilsə də, siyasi fəalın ailəsini iqtisadi məhrumiyyətlərə məruz qoymaq istəyən hökumət nümayəndələri mağazanı qapatmışdılar. Hərəkatçının vəziyyəti ağırdır ETTELAAT məmurları onun 4 dişini və qolunu sındırıblar Qırx gün bundan öncə həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Həmid Valeyinin vəziyyəti ağır olaraq qalır. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, həbs edilərkən təhlükəsizlik məmurları tərəfindən vəhşi zorakılığa məruz qalmış Həmid Valeyinin qolu və 4 dişi sındırılmışdı. Beynəlxalq hüquq müdafiə təşkilatlarının müdaxiləsindən sonra xəstəxanaya köçürülən Həmid Valeyi hazırda xəstəxanada müalicə olunur. Əmir Mərdaninin yeri bəlli oldu Hərəkatçı Təbriz ETTELAAT-ında saxlanılır Təbrizdə yaxalanmış sulduzlu Milli Hərəkat fəalının yeri məlum olub. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, hərəkatçının Təbriz ETTELAAT-ında olduğuna dair xəbər gəlib. Xatıladaq ki, bir müddət öncə Təbrizdə həbs edilmiş Əmir Mərdanidən xəbər yox idi. Ailəsi və hərəkat fəalları narahatlığına nəhayət son qoyulub. Avqustun 17-də evlərinə telefon açan Əmir Mərdani Təbrizin ETTELAAT idarəsinin təcridxanasında olduğunu deyib. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar