SON XƏBƏRLƏR

Ruslar Qoriyə qayıtdı

2021.10.20, 07:36
Ruslar Qoriyə qayıtdı

Gunaz.tv
Ruslar Qoriyə qayıtdı osetiya200.jpg Rusiya NATO ilə münasibətlərinə yenidən baxacaq. Bunu Rusiya xarici işlər nazirin müavini Aleksandr Qruşko bəyan edib. Onun sözlərinə görə, dəyişikliklər Rusiya və Şimali Atlantika Alyansı arasında hərbi əməkdaşlığa da toxunacaq. Bu arada rus hərbçiləri yenidən Qoriyə daxil olublar Dünən axşam saatlarında Rusiya hərbi karvanı yenidən Qoriyə qayıdıb, Qoriyə giriş-çıxış hərbçilər tərəfindən nəzarətə götürülüb, şəhərdə 3 nəzarət buraxılış məntəqəsi qurulub, yayılan xəbərlərə görə, rus hərbiçiləri Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin nümayəndələrini Qoriyə buraxmayıblar, Tbilisidən Qoriyə gedən komitə nümayəndələrini İqoeti yaxınlığında hərbiçiləi saxlayaraq, geri qaytarıblar. AŞPA üzvləri Rusiya hərbiçilərinin özbaşınalığından dəhşətə gəldiklərini bildiriblər, jurnalistlər də şəhərə buraxılmır. Gürcüstan rəsmiləri Rusiya qoşunlarının ərazidə mövqelərini möhkəmləndirdiyini bəyan ediblər. Prezident Mixail Saakaşvili Cənubi Osetiyadakı rus qoşunlarının say etibarilə azaldığını, lakin onların yeni stateji ərazilər tutduğunu bildirib, Gürcüstan prezidenti rəsmi Mosvkanın tez bir zamanda qoşunlarını münaqişə zonasından çıxaracağı barədə dediklərinə inanmadığını və bunun Gürcüstana qarşı növbəti yalan kampaniyası olduğunu bəyan edib. Mixail Saakaşvili qərb ölkələrinin Gürcüstana yetərincə yardım etmədiyini də əlavə edib. «Biz beynəlxalq aləmdən çox şey gözləyirik». Gürcüstan prezidenti belə deyib. Bu arada qondarma Abxaziya respublikası dünya ölkələrinə müraciət edərək, müstəqilliyinin tanınmasını istəyib. Cənubi Osetiyada isə fövqəladə vəziyyət ləğv olunub. lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar