SON XƏBƏRLƏR

Moskva separatçıları büdcəyə salır

2021.10.20, 07:36
Moskva separatçıları büdcəyə salır

Gunaz.tv
Moskva separatçıları büdcəyə salır Rusiya Cənubi Qafqazdakı separatçı rejimlərin hüquqi baxımdan tanınması yolunda addımlar atmağa başlayıb. Kreml Gürcüstanın tərkib hissəsi olan Cənubi Osetiyadakı separatçı rejimin "müraciətlərini nəzərə alaraq", bu bölgənin "inkişaf planı"nı hazırlayıb. Həmin planın Rusiyanın dövlət büdcəsinə daxil ediləcəyi bildirilir. Baş nazir Vladimin Putinin göstərişindən sonra Rusiyanın Regiononal İnkişaf Nazirliyi ilk əvvəl ölkə büdcəsində Cənubi Osetiyaya yardımları nəzərdə tutan xüsusi fondun yaradılmasını təklif etmişdi. Həmin fond ilə artıq büdcədən ayrılmış 6,5 milyard rublu Sxinvaliya yollamaq, sonra isə ayrılacaq yardımları tənzimləmək planlaşdırılmışdı. Lakin indi qərara alınıb ki, pulların bir hissəsi Rusiyanın Fövqəladə Hallar Nazirliyinin xətti ilə Cənubi Osetiyadakı separatçı rejimə göndəriləcək, bir hissəsi isə Federal Xərclərin Maliyyələşdirilməsi Fondu vasitəsilə osetinlərə veriləcək. Bu isə faktiki olaraq Cənubi Osetiyanın federasiya subyekti qismində Rusiyanın tərkibinə daxil edilməsi və ona dövlət büdcəsindən mütəmadi maliyyənin ayrılması deməkdir. Rusiyada hakimiyyətdə olan Vahid Rusiya Partiyasının Dövlət Dumasındakı fraksiyasının sədr müavini Valeri Ryazanskinin dediyinə görə, "pullar hələlik sırf humanitar məqsədlərə xərclənəcək". Rusiya Liberal-Demokrat Partiyasının Dumadakı fraksiyasını sədr müavini Maksim Roxmistrov daha açıq danışdı: "Rusiya bu addımı çoxdan atmalı idi. Cənubi Osetiya ilə yanaşı, Abxaziya, Dnestryanı bölgə və Dağlıq Qarabağa da büdcədən ayırmalar olmalıdır. Azərbaycan və Moldova "tanınmamış"lara qarşı hərbi əməliyyatlara başlamaq fikrinə düşməzdən əvvəl Gürcüstanda baş verənləri gözlərinin qabağına gətirməlidir". Moskvadakı MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin bildirdi ki, MDB ərazisindəki "tanınmamış"larla Rusiya arasındakı münasibətlər Tayvanla ABŞ arasındakı əlaqələr kimi ola bilər: "Tayvan ABŞ tərəfindən müstəqil dövlət kimi tanınmayıb və indi də tanınmır. Amma Konqresin qəbul etdiyi qanuna müvafiq olaraq Vaşinqton Taybeyə maliyyə və hərbi yardımlar göstərir. Biz də Cənubi Qafqazdakı Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağdakı rejimləri de-yure tanımasaq da, onlara istənilən formada yardım göstərə bilərik. Bu rejimlərin dövlət qismində tanınması isə yalnız BMT-nin Baş Assambleyası tərəfindən reallaşdırıla bilər". Dünən bəlli olub ki, Rusiya Kranodar diyarı vasitəsilə Abxaziyadakı separatçı rejimi də maliyyələşdirmək niyyətindədir. Rusiya Federasiya Şurasının sədri Sergey Mironov isə hesab edir ki, əgər Cənubi Osetiya və Abxaziya sakinlərinin müvafiq müraciəti olarsa, Moskva bu regionların dövlət müstəqilliyini rəsmən tanıya bilər. Baş verənlər Dağlıq Qarabağdakı separatçı rejimi də şövqə gətirib. Qarabağlı separatçıların lideri Bako Saakyan dünən bildirib ki, onlar ən yaxın vaxtlarda Rusiyanın Dövlət Dumasına müraciət edərək müstəqilliklərinin tanınmasını və yardımlar ayrılmasını istəyəcəklər. "Rusiyanın Gürcüstanda keçirdiyi əməliyyatları tamamilə dəstəkləyir və hesab edirik ki, Cənubi Osetiya ilə Abxaziyanın məqsədlərinə çatacağı günə çox qalmayıb. Rusiya bizim əbədi dostumuz, müttəfiqimiz və strateji tərəfdaşımızdır. Düşünürük ki, Cənubi Osetiya və Abxaziyaya yardım edilirsə, Dağlıq Qarabağ xalqı da kənarda qalmamalıdır", - B.Saakyan deyib. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar