SON XƏBƏRLƏR

Azərbaycan sürətli inkişaf yolunda_ Daxili sosial-iqtisadi tərəqqinin yeni mərhələsi

2021.10.20, 07:36
Azərbaycan sürətli inkişaf yolunda_ Daxili sosial-iqtisadi tərəqqinin yeni mərhələsi

Gunaz.tv
Azərbaycan sürətli inkişaf yolunda Daxili sosial-iqtisadi tərəqqinin yeni mərhələsi Azərbaycanın sosial-iqtisadi inkişafı sürətini saxlayır. Bu prosesdə ölkə rəhbərliyinin həyata keçirdiyi bölgələrin intensiv inkişafı konsepsiyası bütün gücü ilə işləməkdədir. Azərbaycanın bölgələri artıq sürətlə yeniləşir, əhalinin həyat səviyyəsi artır. İş adamları ilə söhbətlər göstərir ki, onları artıq ilk növbədə kənd təsərrüfatı məhsullarının istehsalı maraqlandırır. Kənd təsərrüfatına maraq və həvəs o dərəcədə artıb ki, indi iş adamları arasında rəqabət daha da geniş miqyas alıb. Onlar bölgələrdə təsərrüfat açmaq üçün ciddi cəhdlər edirlər. Demək olar ki, ölkənin bütün bölgələrində bu sahədə sürətli yeniləşmələr baş verir. Həmin yeniləşmələrin nəticəsi odur ki, ölkədə məhsul bolluğu ilbəil artır. İş adamlarının dediyinə görə, yaxın illərdə Azərbaycan çox bol və ucuzluq olan bir ölkəyə çevriləcək. Diqqət çəkəni odur ki, kənd təsərrüatına sahib adamların qarşısına heç bir maneə çıxmır. Onlar azad rəqabət şəraitində işlərini görürlər. İndi bu proses bölgələrdə daha çox insanı işlə təmin etmək imkanı yaratmışdır. Həmin tendensiyanın daha da artacağı gözlənilir. Bölgələrdə kənd təsərrüfatı sahəsinin inkişafı xarici sərmayənin ora yatırılması ilə də müşahidə edilir. Son vaxtlar daha çox qardaş Türkiyədən iş adamları kənd təsərrüfatı sahəsində sərmayə qoymağa çalışırlar. Bu istiqamətdə də yerli iş adamları ilə xaricilər arasında sağlam rəqabətin artacağı gözlənilir. Qısa zamandan sonra Azərbaycanın bölgələrində təsərrüfat açmaq çətin bir işə çevrilə bilər. Bunlar ölkənin bölgələrində sosial-iqtisadi inkişafın sürətinin artdığını göstərir. Bu mərhələdə yeniləşmələr bütün sahələri əhatə edir. İnsanların həyat səviyyəsi yüksəldikcə daha geniş miqyaslarda inkişaf üçün əsas yaranır. Diqqəti çəkən əsas məqam isə ölkənin qeyri-neft sektorunun sürətlə irəliləməsidir. O aspektdə Azərbaycanda işlər daha yüksək bir səviyyəyə qalxır. Qeyri-neft sektorunun inkiaşfı məsələsi bölgəmizdə son zamanlar baş verən hadisələrin fonunda daha əhəmiyyətli görünməyə başlayır. Görünür ki, Qafqazda təhlükəsizlik sistemi oturuşmadığından enerji daşıyıcılarına hücumlar mümkündür. Bir çox hallarda enerjinin daşınmasında ciddi problemlər yarana bilər. Ona görə də qeyri-neft sektorunun inkişaf etdirilməsi daha vacib bir məsələyə çevrilir. Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafının sürəti qeyri-neft sektorunun gəlişməsinin qaneedici olduğunu sübut edir. Bu prosesin daha da genişlənəcəyi gözlənilir. Bununla da qeyri-neft sektorunun inkişafı konsepsiyasının həyata keçirildiyi və bu sahədə ciddi uğurlar əldə edildiyi aydın olur. Ölkənin hərtərəfli inkişafı üçün bu prosesin daha yüksək səviyyəyə qalxacağına şübhəmiz yoxdur. Azərbaycanın daxili sosial-iqtisadi inkişaf tempinin yüksək səviyyədə qalması və onun bütün sahələri əhatə etməsi, yeniləşmələr konsepsiyasının tam əsaslı işlənməsini təsdiq edir. Bundan sonra həmin konsepsiyanın yeni mərhələsinin həyata keçirilməsinə başlanması üçün bütün lazımi təməl prinsipləri hazırdır. Növbəti mərhələdə ölkənin sosial-iqtisadi inkişafı əhalinin həyat səviyyəsinin daha sürətlə yüksəlməsinə birbaşa xidmət edəcək. Bunun üçün dövlətin strateji konsepsiyalara sahib olduğuna əminlik vardır. Deməli, Azərbaycanda bütün sahələrdə kompleks inkişafı təmin edəcək proqramlar bundan sonra da işlənəcək. Bu proqramlarda Azərbaycanın inkişafının intellektual modeli əsas yer tutmalıdır. Növbəti bir neçə ildə bu məqam əsas olaraq konsepsiyalarda yer alacaq. Bununla da ölkənin inkişafının yeni modelinin formalaşması prosesi daha da genişlənəcək. İntellektual sərvəti artırmağa dayanan inkişaf modelinin işlənməsi faktiki olaraq yeni mərhələyə qədəm qoymaqdır. Burada neft və qeyri-neft sektorlarının sistemli inkişaf etdirilməsi məsələsi önə çəkilir. Bu inkişaf konsepsiyası informasiya cəmiyyətinin formalaşdırılması prosesinin əsas əlamətlərindəndir. Bundan sonra yüksək texnologiyalar yaratmaq və bilik istehsal edən ölkəyə çevrilmək mərhələsi gəlir. Azərbaycan dövlət olaraq inkişaf kursunu dəqiq və səmərəli müəyyənləşdirib. Həyat göstərir ki, ölkəmiz bu istiqamətdə ardıcıl və dönməz inkişaf yolunu tutub. Bu tendensiyanın daha da güclənəcəyi və ölkəmizin dünyanın inkişaf etmiş ölkələri sırasına çıxacağı gün uzaqda deyil. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar