SON XƏBƏRLƏR

Polşa prezidentindən yeni blok təklifi

2021.10.20, 07:36
Polşa prezidentindən yeni blok təklifi

Gunaz.tv
Polşa prezidentindən yeni blok təklifi Azər Polşa prezidenti Lex Kaçinski Mərkəzi və Şərqi Avropa ölkələrindən ibarət yeni blok yaradılması təşəbbüsü ilə çıxış edib. Kaçinski Polşanın aparıcı qəzetlərindən olan "Reçpospolita"ya açıqlamasında bu barədə danışıb. Polşa prezidentinin qənaətinə görə, bu ölkələr arasında münasibətlər son illər ərzində kifayət qədər möhkəmlənib. Azərbaycandan Estoniyayadək ölkələrin blokunun yaradılmasının vacibliyini önə çəkən Kaçinski deyib ki, Avropa Birliyində qərarlar Berlin və Paris arasında qəbul olunur və qurumun Rusiyaya dair vaşid siyasəti yoxdur. Prezidentin ideyasını Polşa Seyminin xarici işlər daimi komissiyasının sədr müavini Pavel Koval da dəstəkləyib: "Avropa Birliyində regional xüsusiyyətlər rol oynayır, məsələn, Fransa və İtaliyanın siyasəti Aralıq dənizi hövzəsinə köklənib. Məncə Şərq siyasəti üçün də belə bir bloka ehtiyac var". "Reçpospolita" qəzeti yeni blokun yaradılmasıyla bağlı ideyanın ABŞ prezidenti Corc Buş tərəfindən də dəstəkləndiyini yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar