SON XƏBƏRLƏR

ERMƏNİSTAN TÜRKİYƏNİN DİALOQ NİYYƏTİNİ ALQIŞLADI

2021.10.20, 07:36
ERMƏNİSTAN TÜRKİYƏNİN DİALOQ NİYYƏTİNİ ALQIŞLADI

Gunaz.tv
ERMƏNİSTAN TÜRKİYƏNİN DİALOQ NİYYƏTİNİ ALQIŞLADI th073617258.jpg Edvard Nalbandyan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Yerevanla regionda təhlükəsizlik və sabitlik məsələləri üzrə dialoqa başlamaq niyyətini alqışladığını söyləyib. E.Nalbandyan Ermənistanın həmişə regionun təhlükəsizliyi və əməkdaşlıq naminə dialoq tərəfdarı kimi çıxış etdiyini vurğulayıb. «Media forum» saytı xatırladır ki, Türkiyənin baş naziri Qafqazda sabitliyə nail olmaq üçün ölkəsinin bütün qüvvəsi ilə çalışacağını və bu məqsədlə Ermənistanla da danışıqlar aparmağı planlaşdırdığını deyib. Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, 1993-cü ildən isə Ankaranın təşəbbüsü ilə Ermənistan-Türkiyə sərhədi bağlıdır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar