SON XƏBƏRLƏR

Dərbənd azərbaycanlılarının kadr problemi

2021.10.20, 07:36
Dərbənd azərbaycanlılarının kadr problemi

Gunaz.tv
Dərbənd azərbaycanlılarının kadr problemi Onlar Azərbaycanın ali məktəblərinə kvotayla qəbulun dayandırılmasından narazıdır Turqut Avqustun 16-18-də Dünya Azərbaycanlıları Konqresi (DAK) Dərbənddə yaşayan soydaşlarımızla görüş keçirib. Görüşlərdə Dərbənd şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Abdullayev, Dərbənd şəhər hərbi komissarı Adil Quliyev, Dərbənd Dioqnostika Mərkəzinin baş həkimi Etibar Əmirseyidov, Radioelement Zavodunun baş direktoru Seyran Rəhimov, Magistral Qaz İxracı Zavodunun rəisi Qəzənfər Həsənov, "Azərros" və "Moskovski Komsomolets" qəzetlərinin bölgə müxbiri Hacı Nəcəfov iştirak edərək Dağıstanda öz tarixi torpaqlarında yaşayan 120 mindən artıq azərbaycanlının problemlərilə bağlı fikirlərini bildiriblər. Görüş zamanı soydaşlarımız sovet dövründə məqsədli miqrasiya nəticəsində Dərbənd bölgəsinin etnik tərkibinin azərbaycanlıların zərərinə dəyişdiyini qeyd ediblər. Onlar 1961-ci ilə qədər Dərbənddə Azərbaycan məktəblərinin mövcud olduğunu, 1964-cü ildən isə orta mətkəblərdə yalnız ana dili dərslərinin keçildiyini deyərək, hazırda müxtəlif ixtisaslar üzrə kadr çatışmazlığından əziyyət çəkdiklərini vurğulayıblar. Həmvətənlərimiz 1994-cü ildən başlayaraq Dərbənddə yaşayan Azərbaycan türklərinin Azərbaycan Respublikasının ali məktəblərinə kvotayla qəbul olunduğunu, hazırda isə kvotanın dayandırıldığını, bu səbəbdən kadr hazırlığı sahəsində ciddi çətinliklər yarandığını bildiriblər. Onlar eyni zamanda Dağıstan sərhəd-keçid məntəqəsində əsassız yerə incidildiklərini, bu səbəbdən Azərbaycanla normal əlaqə saxlaya bilmədiklərini, sadələşdirilmiş qaydada keçidə ehtiyac olduğunu söyləyiblər. Bundan başqa, soydaşlarımız Rusiya Dumasına Dağıstan üzrə 8 yer ayrıldığını, amma bunların içərisində bir nəfər belə azərbaycanlı olmadığını təəssüflə qeyd ediblər. Dağıstanda Azərbaycan nümayəndəliyinin, yaxud konsulluğun açılmasının vacib olduğunu da diqqətə çatdırıblar. Sonda 2500 illik tarixə malik olan Dərbənd qalası, qədim türk məzarlıqları, Fətəli xanın həyat yoldaşı Tuti Bikənin, görkəmli şair Qumrunun türbəsi, general Balakişi Ərəblinskinin məzarı ziyarət olunub, Cümə məscidinə, Dərbənddəki Azərbaycan teatrına baş çəkilib. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar