SON XƏBƏRLƏR

ABŞ gəmiləri Qara dənizə buraxıldı_Türkiyə yalnız yük gəmilərinin boğazlardan keçməsinə izn verdi

2021.10.20, 07:36
ABŞ gəmiləri Qara dənizə buraxıldı_Türkiyə yalnız yük gəmilərinin boğazlardan keçməsinə izn verdi

Gunaz.tv
ABŞ gəmiləri Qara dənizə buraxıldı Türkiyə yalnız yük gəmilərinin boğazlardan keçməsinə izn verdi Uzun çəkən danışıqlardan sonra Türkiyə ABŞ-ın Gürcüstana humanitar yardım aparan gəmilərinin Dardanel və Bosfor boğazlarından keçməklə Qara dənizə çıxmasına icazə verib. "Türkiyə Gürcüstana humanitar yardım aparan 3 gəminin boğazlardan keçərək Qara dənizə çıxmasına izn verib. Bu gəmilər 2 yük və 1 sahil təhlükəsizlik gəmisindən ibarətdir",- deyə ABŞ Dövlət Departamentinin sözçüsü Robert Vud bildirib. Qeyd edək ki, ABŞ prezidenti Corc Buş ötən həftə Gürcüstana humanitar yardım missiyasını Pentaqona tapşırmışdı. Humanitar yükləri ABŞ HHQ-nin təyyarələri ilə yanaşı, HDQ-nin hərbi gəmiləri də daşımalı idilər. O vaxt bir sıra ekspertlər Buşun tələsdiyini bildirmişdilər. Belə ki, Montre sazişini bəhanə edən Ankara indiyədək ABŞ hərbi gəmilərini Qara dənizə buraxmaqdan imtina edirdi. R.Vudun məlumatından belə görünür ki, Ankara yalnız yük gəmilərinin boğazları keçməsinə razılıq verib. Ziya express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar