SON XƏBƏRLƏR

Rusiya Amerikaya xəbərdarlıq mesajı göndərdi

2021.10.20, 07:36
Rusiya Amerikaya xəbərdarlıq mesajı göndərdi

Gunaz.tv
Rusiya Amerikaya xəbərdarlıq mesajı göndərdi 20080817070404x-russian-georgia203.jpg Rusiya xəbərdar edir: "yeni silah yarışı başlayır" Rusiya bildirib ki, Amerikanın Polşa ərazisində raketdən müdafiə sistemi yaratması Avropada və ondan kənarda yeni silah yarışına start verir. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Polşada yaradılan bu sistemin yeganə hədəfi Rusiyanın qitədaxili ballistik raketləridir. Xarici siyasət idarəsi təfərrüatlara varmadan xəbərdar edib ki, Moskva bu hərəkətin cavabını diplomatik etirazlardan daha artığı ilə verəcək. Xatırladaq ki, Amerika Polşada yaratdığı sistemin Rusiyaya deyil, əsasən İrana qarşı olduğunu bildirir. 2008081606590420080816053111x-bush-203.jpg "Amerika Gürcüstanı və onun xalqını müdafiə edəcək" Bu arada isə Amerika prezidenti Corc Buş bir daha bəyan edib ki, Gürcüstandan ayrıldığını elan etmiş Cənubi Osetiya və Abxaziya Gürcüstanın əraziləri olaraq qalır. Floridada Amerika müharibə veterenları qarşısında çıxış edən cənab Buş deyib ki, rus qoşunlarının Gürcüstandan çəkilməsini təmin etmək üçün Birləşmiş Ştatlar özünün NATO müttəfiqləri ilə birgə işləyəcək və NATO-nun Rusiya ilə münasibətlərinə yenidən baxacaq. O, söz verib ki, Amerika Gürcüstanı və onun xalqını müdafiə edəcək. "Cənubi Ossetiya və Abxaziya Gürcüstanın bir hissəsidir. Birləşmiş Ştatlar Gürcüstanın müstəqilliyinin və ərazi bütövlüyünü müdafiə etmək üçün öz müttəfiqlərilə birgə işləyəcək", deyib cənab Buş. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar