SON XƏBƏRLƏR

Putinin sərəncamı millətçiliyi alovlandıracaq_Əlövsət Əliyev: "Sənəd Rusiya millətçilərinin qanunsuz hərəktlərini artıracaq"

2021.10.20, 07:36
Putinin sərəncamı millətçiliyi alovlandıracaq_Əlövsət Əliyev: "Sənəd Rusiya millətçilərinin qanunsuz hərəktlərini artıracaq"

Gunaz.tv
Putinin sərəncamı millətçiliyi alovlandıracaq Əlövsət Əliyev: "Sənəd Rusiya millətçilərinin qanunsuz hərəktlərini artıracaq" "Rusiya Federasiyasının Baş naziri Vladimir Putinin Azərbaycanla Gürcüstan ərazisindən yalnız MDB ölkələrinin vətəndaşları istisna olmaqla üçüncü ölkə sakinlərinin keçərək Rusiya ərazisinə keçməsini qadağan edən sərəncamı əslində Rusiyanın Gürcüstanla bağlı Qərbə mesajı idi". Bunu deyən miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, Azərbaycandan Rusiyaya getməyin qadağan olunması ilk növbədə bu ölkədən tranzit kimi istifadənin qarşısını alacaq, Azərbaycana gələcək turistlərin sayı da azalacaq. Belə ki, xüsusilə, islam ölkələrindən gələn insanlar Rusiyaya getmək üçün Azərbaycan ərazisindən tranzit kimi istifadə edirdilər. Əlövsət Əliyevin sözlərinə görə, sərəncam eyni zamanda Rusiya millətçilərini daha da ruhlandıracaq. Belə ki, onsuz da Rusiyada azərbaycanlıların öldürülməsi çox baş verirdi. Bu sərəncamdan sonra isə onların qanunsuz hərəkətləri daha da artacaq. Ə.Əliyev onu da bildirir ki, digər bir tərəfdən Rusiya ölkə ərazisində azərbaycanlıların sayının azalmasında da maraqlı deyil. Azərbaycan və eləcə də islam ölkələrinin əhalisinin bu ölkənin olan demoqrafik problemlərinin həllində yaxından rolu nəzərə alınmalıdır. Ə.Əliyev hesab edir ki, ümumiyyətlə bu qanun aazərbaycanlıların Rusiyaya miqrasiyasının qarşısının alınmasına yönəlməyib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar