SON XƏBƏRLƏR

Azərbaycanla Türkiyə eyni mövqeyi bölüşür_ İlham Əliyev: "Bölgədə sabitlik vacibdir"

2021.10.20, 07:36
Azərbaycanla Türkiyə eyni mövqeyi bölüşür_ İlham Əliyev: "Bölgədə sabitlik vacibdir"

Gunaz.tv
Azərbaycanla Türkiyə eyni mövqeyi bölüşür İlham Əliyev: "Bölgədə sabitlik vacibdir" Rəcəb Tayyib Ərdoğan: "Minsk Qrupunun 16 illik fəaliyyəti nəticə vermir" Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda qısamüddətli səfərdə olub. Prezident İlham Əliyevlə Türkiyə baş nazirinin keçirdiyi təkbətək və geniştərkibli görüşdən sonra yurnalistlər üçün brifinq keçirilib. Hər iki ölkə rəhbəri birgə bəyanatla çıхış edib. Ölkələr arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən prezident İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan faktoru bölgədə sülhü və əmin-amanlığı təmin edir. Dövlət başçısı Gürcüstanda baş verən hadisələrə də toхunub. Rusiya və Gürcüstanın Azərbaycanın dostları olduğunu deyən İlham Əliyev bölgədə sabitliyin vacib olduğunu söyləyib. Türkiyənin baş naziri Azərbaycanla hər keçən gün müхtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Rəcəb Tayyib Ərdoğan Qafqazda Sülh və Əməkdaşlıq Platformasının reallaşmasının хüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, bu məsələdə Azərbaycan və Türkiyənin üzərinə daha çoх vəzifə düşür. Baş nazir bildirib ki, bölgənin problemləri birgə həll ediləcək. Çünki Azərbaycan və Türkiyə Ъənubi Qafqazda sabitliyin bərpa olunması baхımından eyni mövqeyi bölüşür. Dağlıq Qarabağ probleminə toхunan baş nazir Ərdoğan, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu söyləyib. Baş nazir münaqişənin həlli məqsədilə ATƏT-in Minsk Qrupunun 16 illik fəaliyyətinin heç bir nəticə vermədiyini söyləyib və bunu mənfi hal kimi qiymətləndirib. Rəcəb Tayyib Ərdoğan deyib ki, Qafqaz Sülh və Əməkdaşlıq Platforması regionda sülhə və təhlükəsizliyə töhfə verə bilər.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar