SON XƏBƏRLƏR

RƏSMİ MƏLUMAT: ƏBU BƏKRDƏKİ TERRORDA ŞÜBHƏLİ BİLİNƏN EMİN RƏSULOV TUTULUB. ASTARALI GƏNC BAKIDA KİRAYƏDƏ YAŞAYIRMIŞ

2021.10.20, 07:36
RƏSMİ MƏLUMAT: ƏBU BƏKRDƏKİ TERRORDA ŞÜBHƏLİ BİLİNƏN EMİN RƏSULOV TUTULUB. ASTARALI GƏNC BAKIDA KİRAYƏDƏ YAŞAYIRMIŞ

Gunaz.tv
RƏSMİ MƏLUMAT: ƏBU BƏKRDƏKİ TERRORDA ŞÜBHƏLİ BİLİNƏN EMİN RƏSULOV TUTULUB. ASTARALI GƏNC BAKIDA KİRAYƏDƏ YAŞAYIRMIŞ Əbu Bəkr məscidində törədilən terror aktında şübhəli bilinən 24 yaşlı gənc - Emin Aydın oğlu Rəsulov həbs edilib. Məlumatı «Media forum» saytına Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev verib. O bildirib ki, məsciddə törədilən hadisə ilə əlaqədar aparılan istintaq-əməliyyat tədbirləri zamanı 1984-cü ildə Astara rayonunda anadan olmuş Emin Rəsulov şübhəli şəxs qismində saxlanılıb. E.Rəsulov Bakıda kirayədə yaşayırmış. Onun kirayədə yaşadığı mənzildə axtarış aparılıb. Mənzildən milli, sosial və dini zəmində düşmənçilik salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlərin aşkar surətdə törədilməsini təbliğ edən kitablar tapılıb. Avqustun 20-də E.Rəsulova Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda Rəsulovun Əbu Bəkr məscindində törədilən terrorda iştirak edib-etmədiyi araşdırılır. Cinayət Məcəlləsindən çıxarış Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması 283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə— şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar