SON XƏBƏRLƏR

Türkiyə ABŞ gəmilərini Gürcüstana buraxmır

2021.10.20, 07:36
Türkiyə ABŞ gəmilərini Gürcüstana buraxmır

Gunaz.tv
Türkiyə ABŞ gəmilərini Gürcüstana buraxmır Ankara ABŞ-ın Gürcüstana göndərdiyi gəmiləri Bosfor və Dardanel boğazlarından buraxmır. Türkiyənin “Milliyət” qəzetinin yazdığına görə, Vaşinqtonun gəmiləri boğazlardan razılaşdırılmamış şəkildə keçirmək istəyi Ankaranın narazılığına səbəb olub. Xatırladaq ki, prezident Corc Buş hələ bir neçə gün öncə bəyanatla çıxış edərək ABŞ-ın Gürcüstana “enerjili və uzun müddətli” köməyə başladığını elan etmişdi. O, Gürcüstana humanitar yardım çatdırılması üçün ABŞ hərbi təyyarələrindən və hərbi-dəniz qüvvələrindən istifadə ediləcəyini vurğulayıb. « Əvvələ qayıt

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar