SON XƏBƏRLƏR

Türklər Azərbaycanda təhsil almaqdan imtina edib?

2021.10.20, 07:36
Türklər Azərbaycanda təhsil almaqdan imtina edib?

Gunaz.tv
Türklər Azərbaycanda təhsil almaqdan imtina edib? Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə öz ampluasındadı... Növbəti tədris ilindən etibarən Türkiyə Cümhuriyyəti Azərbaycana təhsil almaq üçün tələbə yollamayacaq. Bu barədə məlumatı “Bizim yol”a təhsil sistemində çalışan bir məsul şəxs verib. Onun sözlərinə görə, Türkiyəyə qayıdan məzunların bilik və bacarığının yoxlanılması qonşu ölkədə məyusluq yaradıb. Məlum olub ki, Azərbaycan ali məktəblərinin yetirmələri elementar elmi bazaya yiyələnə bilməyiblər. Məzunların bilik və bacarıqlarının yetərincə olmamasının səbəblərini incələyən türk mütəxəssisləri iki amilin üzərində durublar: birincisi, Azərbaycan təhsili müasir dünya standartlarına cavab vermir, ikincisi isə təhsildə korrupsiya yüksəkdir. Mənbənin sözlərinə görə, türk hökumətinin çıxardığı qərarın xoşagəlməz skandala səbəb olmaması üçün qərara gəlinib ki, bu informasiya cəmiyyətə açıq formada çatdırılmasın. Türkiyənin Azərbaycandakı səfirliyi də məlumatı təkzib edib. Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzovdan məsələyə münasibət öyrənmək mümkün olmayıb. Ona məxsus hər iki telefon nömrəsinə cavab verən olmayıb. Dünən bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək məqsədilə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə ilə danışmağa cəhd göstərdik. O isə mətbuat xidmətinə işçisinə, dövlət məmuruna, “Azərbaycan müəllimi”nə yaraşmayan tərzdə “Azadlıq” qəzeti ilə danışmaq istəmədiyini bildirdi. Qeyd edək ki, telebe.az saytının məlumatına görə, hazırda Azərbaycanda təqribən 16 min türkiyəli tələbə təhsil alır. « Əvvələ qayıt

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar