SON XƏBƏRLƏR

Rusiya NATO-nun qərarına sərt reaksiya verdi

2021.10.20, 07:36
Rusiya NATO-nun qərarına sərt reaksiya verdi

Gunaz.tv
Rusiya NATO-nun qərarına sərt reaksiya verdi pebxo5mw.gif Sergey Lavrov: “NATO Saakaşivlini faktiki olaraq himayəsi altına götürdü” “Gürcüstanın NATO-ya sürüklənməsi xətti alyans daxilində antirusiya əhval-ruhiyyəsi ilə əlaqədadır”. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO XİN Şurasının bugünkü toplantısının nəticələrini belə şərh edib. O bildirib ki, NATO-nun Cənubi Osetiyada baş verənlərə dair münasibəti şişirdilmiş və qeyri-obyektivdir: “Gürcüstanın NATO-ya sürüklənməsi antirusiya meyllərindən qaynaqlanır və bu addımı təcavüzkar rejimə dəstək verilməsindən başqa cür qiymətləndirə bilmirəm. Moskva NATO-nun gürcüpərəst mövqeyindən lazımi nəticələr çıxaracaq. Hərbi alyans faktiki olaraq Mixail Saakaşvilini öz himayəsi altına alıb. NATO-nun Cənubi Osetiya ilə bağlı bəyanatı qeyri-obyektivdir. Bəyanatda hadisələrin necə başlaması, Gürcüstanı kimin silahlandırması, ötən bir il ərzində bu ölkəni güc tətbiqinin yolverilməzliyi barədə sazişi imzalamağa kimin imkan verməməsi barədə bir kəlmə belə yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar