SON XƏBƏRLƏR

Rusiya heç vaxt Ümumdünya Ticarət Təşkilatına üzv ola bilməyəcək

2021.10.20, 07:36
Rusiya heç vaxt Ümumdünya Ticarət Təşkilatına üzv ola bilməyəcək

Gunaz.tv
«Rusiya heç vaxt Ümumdünya Ticarət Təşkilatına üzv ola bilməyəcək» valeri-cecelasvili_1.jpg GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib ki, bu, Rusiyanın Gürcüstana qarşı etdiyi hərəkətlərlə bağlıdır «Rusiya Gürcüstana qarşı etdiyi hərəkətlərə görə artıq heç vaxt Ümumdünya Ticarət Təşkilatına üzv ola bilməyəcək». Bunu GUAM-ın baş katibi Valeri Çeçelaşvili bəyan edib. Onun sözlərinə görə, Rusiya Qara dəniz ölkələrinin qarşılıqlı etimad və dəstək üzərində qurulmuş əlaqələr sistemini faktiki olaraq məhv edib. Çeçelaşvilli əlavə edib ki, rəsmi Moskva bu hərəkəti ilə MDB-ni də dağıdıb: «Cibində yumruq, arxada isə kərpic tutaraq hansı regional əməkdaşlıqdan, hansı regional layihələrdən danışmaq olar? Rusiya əməlləri ilə «Böyük səkkizlik»in formatına da dəyişiklik edilməsi zərurəti yaradaraq, faktiki olaraq «Böyük yeddilik»i bərpa edib. Rəsmi Moskva regionda mövcud münaqişələrin sülh yolu ilə həllinin qarantı olmaq bacarıqsızlığını da bütün dünyaya nümayiş etdirdi». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar