SON XƏBƏRLƏR

Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa başlayıb

2021.10.20, 07:36
Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa başlayıb

Gunaz.tv
Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa başlayıb rusiya_oseyiya.jpg Rəsmi Moskva Cənubi Osetiya ərazisində hərbi kontingent saxlamaq fikrindədir NATO-dan ciddi xəbərdarlıq alan Rusiya artıq səhər saatlarından başlayaraq qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa başlayıb. Rusiya prezidenti qoşunların əsas hissəsinin avqusutun 22-dən başlayaraq Gürcüstanı tərk edəcəyini bəyan edib. Bununla belə, rəsmi Moskva Cənubi Osetiya ərazisində hərbi kontingent saxlamaq fikrindədir. Rusiya Federasiya Şurasının sədri Sergey Mironov bildirib ki, təmsil etdiyi qurum Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa hazırdır. Fransa hökuməti isə BMT Təhlükəsizlik Şurasına Rusiya- Gürcüstan münaqişəsinə dair yeni qətnamə layihəsini təqdim edib. Rusiya qoşunları Qori şəhərini tərk etməyə başlayıblar. «Reuters» agentliyinin məlumatına görə, artıq altı pdm, üç tank, zenit-raket kompleksi, yük maşını və benzindaşıyan maşın şəhəri tərk edib. Hərbi maşın kolonnası Qoridən Sxinvaliyə, oradan isə Vladiqafqaza gedəcək. Artıq gürcü rəsmiləri də rus ordusunun Qori şəhərindən Cənubi Osetiya istiqamətində hərəkət etdiyi təsdiqləyir. Qeyd edək ki, Fransa prezidenti ilə ötən gün baş tutan telefon söhbətində Rusiya prezidenti Dmitri Medvedev Rusiya hərbçilərinin əsas hissəsinin Qori şəhərini avqustun 22-də tərk edəcəyini bildirib. Bu arada BMT Təhlükəsizlik Şurasına Rusiya-Gürcüstan münaqişəsinə dair yeni qətnamə layihəsi təqdim edilib. Qətnamə layihəsində Rusiya və Gürcüstandan atəşkəs haqqında imzalanmış altı maddəlik sazişin bəndlərinə əməl olunması və Rusiya qoşunlarının təcili olaraq Gürcüstan ərazisindən çıxarılması tələb edilir. Qətnamə layihəsinin müəllifi Fransadır. Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vitali Çurkin ölkəsinin bu qətnamə layihəsini dəstəkləməyəcəyini bildirib: «Qətnamənin səsverməyə çıxarılması əbəs yerə vaxt itirmək deməkdir. Moskva imzaladığı sazişə sadiqdir, lakin qətnamə layihəsini ruhu münaqişənin qəbul olunmuş həll planına ziddir». ABŞ-ın BMT-dəki səfiri Alexandro Vulf isə bildirib ki, Rusiya qoşunlarının Gürcüstan ərazisindən hansı motivlərlə çıxarılmasından asılı olmayaraq, bu hadisənin təhqiqatı mütləq aparılacaq. Onun sözlərinə görə, Rusiya təxirə salınmadan öz qoşunlarının Gürcüstan ərazisindən çıxarmalıdır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar