SON XƏBƏRLƏR

Güney Azərbaycanın mili fəalarından olan məşhur İbrahim Cəfərzadə Xoy şəhərində üstü açıq həbsxanaya aparılıb

2021.10.20, 07:36
Güney Azərbaycanın mili fəalarından olan məşhur İbrahim Cəfərzadə Xoy şəhərində üstü açıq həbsxanaya aparılıb

Gunaz.tv
Güney Azərbaycanın mili fəalarından olan məşhur İbrahim Cəfərzadə Xoy şəhərində üstü açıq həbsxanaya aparılıb DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Xoy şəhərində Ana dili günü ilə bağlı etiraz aksiyasında iştirak edən Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının tanınmış fəalı İbrahim Cəfərzadə ETTELAAT məmurları tərəfindən həbs edilərək bir ay müdətinə ETTELAAT təcridxanasında işgəncə və təzyiqlərə məruz qoyulduqdan sonra girov müqabilində müvəqqəti azadlığa buraxılmışdır. Xoy inqilab məhkəməsi tərəfindən verilən yeni bir həbs cəzası tətbiq olunaraq onu bir ay müddətinə Xoy şəhərində üstü açıq həbsxanada saxlanmaq cəzası verilib və bu müddətdə həftədə bir dəfə yaxın ailə üzvlərilə görüş icazəsi vardır. İbrahim Cəfərzadənin tutulması ilə bağlı yayılan xəbərlər və onun hüquqlarının müdafiəçisi olan vəkil Məhhəmədrza Fəqihinin dediyinə görə İbrahim Cəfərzadə bu yaxınlarda aksiyada aktiv fəaliyyəti, o cümlədən danışıq, plakat daşımaq, şüar vermək və ya hər növ cinayət daşıyıcı işlərdən belə heç bir fakt yoxdur. Buna baxmayaraq heç bir cinayəti sübuta yetirilmədən onun üçün bir il zindan, iki il Birazcan şəhərinə sürgün və üç il müddətinə ictimai toplantılardan məhrum edilmə cəzaları verilmişdir. “Evrin” dərnəyinin qurucularından olan İbrahim Cəfərzadə yuxarıda göstərilən haqsız cəzalarla yanaşı dəfələrlə ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır işgəncə və təzyiqlərə məruz qalmışdır. Onlardan may ayında keçirilən seçkilərin qarşısını almaq, yalan yaymaq və bu kimi uydurma ittihamlarla 12 gün ETTELAAT-da işgəncə verilmiş 3 ay həbs cəzasına məhkum edilmişdir. (Bu il İranda keçirilən seçki ərəfəsində) 2002-ci ildə 22 avqust Savalan yürüş günü həbs edilərək separatçı və pantürkist ittihamı verilmiş 5 gün ETTELAAT təcridxanasında işgəncəyə məruz qalmış irəli sürülən ittihamlar sübuta yetirilməmiş azadlığa buraxılmışdır. 2005-ci ildə Tehranda ETTELAAT tərəfindən İbrahim Cəfərzadə hal hazırda həbsxanada qalan Abbas Lisani, mühəndis Amani, Səid Muğanlı, Saleh Kamrani və başqa dostlarla birlikdə yenə də separatçılıq və pantürkist damğası ilə həbs edilərək ağır təzyiq və işgəncələrə məruz qoyulmuş və şərti olaraq azadlığa buraxılmışdır. 2006-cı ildə Babəkin doğum günündə Babək qalasında həbs edilib 10 gün müddətinə Əhər həbsxanasında saxlanılmış və həmin ittiham inqilab məhkəməsi tərəfindən hələ də öz qüvvəsindədir. Xatırladaq ki, İbrahim Cəfərzadənin həbsinin qərarını Təbriz İnqilab məhkəməsi vermiş və məqsəd bundan ibarətdir ki, keçmişdəki qanunsuz həbslərlə və bundan sonrakı qondarma ittihamlarla onu uzun müddətli həbs edərək Güney Azərbaycanın Milli Azadlıq Hərəkatını mənfi təsir göstərsinlər. Bunlarla yanaşı 2006-cı il Güney Azərbaycanın bütün şəhərlərində şovinist İran qəzetinə qarşı etiraz aksiyalarına qoşulmuş İbrahim Cəfərzadə həbs edilmiş lakin heç bir ittiham sübuta yetirilməmiş azadlığa buraxılmışdır. Yuxarıda qeyd olunan bütün detallar bu gün Güney Azərbaycanın milli halqarını müdafiə edən hər bir Azərbaycan türkünün tale yazısı faşist molla hakimiyyətinin Azərbaycan türklərinə qarşı amansızcasına apardığı qeyri-insani siyasətdir. Amma bütün bu təzyiq və işgəncələrə baxmayaraq Güney Azərbaycan Milli Azadlıq Hərəkatı və bu hərəkatın mübariz oğul və qızları faşist molla hakimiyyətinin qarşısında heç zaman əyilməyəcklərini dəfələrlə sübut etmiş və bundan sonra da öz müqəddəs yollarını davam etdirəcəklər. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar