SON XƏBƏRLƏR

İRANDAN AZƏRBAYCAN QAÇAQMALÇILIQ YOLU NARKOTİK VASİTƏ KEÇİRƏN İKİ NƏFƏR SAXLANILIB

2021.10.20, 07:36
İRANDAN AZƏRBAYCAN QAÇAQMALÇILIQ YOLU NARKOTİK VASİTƏ KEÇİRƏN İKİ NƏFƏR SAXLANILIB

Gunaz.tv
İRANDAN AZƏRBAYCAN QAÇAQMALÇILIQ YOLU NARKOTİK VASİTƏ KEÇİRƏN İKİ NƏFƏR SAXLANILIB narkotika.jpg Yardımlı polisi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirən iki nəfəri həbs edib. Bu barədə Yardımlı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şamil Seyidli bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Yardımlının Alçabulaq kənd sakini, 1968-ci il təvəllüdlü Ədalət Yusubov və Sırıq kənd sakini, 1959-cu il təvəllüdlü Yaşar Ağayevdən 1 kiloqram tiryək aşkarlanaraq götürülüb. Narkotik vasitənin Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə keçirildiyi müəyyənləşib. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi başlanılıb. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar