SON XƏBƏRLƏR

Rusiya tankları bu gün səhər Gürcüstanın Terevi kəndinə giriblər və əhalinin dərhal evakuasiya olunmasını tələb ediblər

2021.10.20, 07:36
Rusiya tankları bu gün səhər Gürcüstanın Terevi kəndinə giriblər və əhalinin dərhal evakuasiya olunmasını tələb ediblər

Gunaz.tv
Rusiya tankları bu gün səhər Gürcüstanın Terevi kəndinə giriblər və əhalinin dərhal evakuasiya olunmasını tələb ediblər rus_tanklari_terevi.jpg Güman edilir ki, rus qoşunları Gürcüstanda bir neçə il bundan əvvəl Fransa ilə birgə açılan dağ hazırlığı hərbi təlim bazasını məhv etməyə hazırlaşır Rusiya tankları bu gün səhər Saçxere (Qərbi Gürcüstan) yaxınlığındakı Terevi kəndinə giriblər və əhalinin dərhal evakuasiya olunmasını tələb ediblər. Bu barədə “Novosti-Qruziya” Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Gürcüstanın Daxili İşlər Nazirliyi də xəbəri təsdiqləyib. Güman edilir ki, rus qoşunları Gürcüstanda bir neçə il bundan əvvəl Fransa ilə birgə açılan dağ hazırlığı hərbi təlim bazası istiqamətində hərəkət edirlər və Qori, Senaki və Potidə olduğu kimi buradakı hərbi bazanı da məhv etməyə hazırlaşırlar. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar