SON XƏBƏRLƏR

İRANIN KEÇMİŞ PREZİDENTLƏRİ XATƏMİYLƏ RƏFSƏNCANİ ABŞ və İSRAİLƏ İŞLƏMƏKDƏ GÜNAHLANDIRILDI

2021.10.20, 07:36
İRANIN KEÇMİŞ PREZİDENTLƏRİ XATƏMİYLƏ RƏFSƏNCANİ ABŞ və İSRAİLƏ İŞLƏMƏKDƏ GÜNAHLANDIRILDI

Gunaz.tv
İRANIN KEÇMİŞ PREZİDENTLƏRİ XATƏMİYLƏ RƏFSƏNCANİ ABŞ və İSRAİLƏ İŞLƏMƏKDƏ GÜNAHLANDIRILDI hashemi_rafsanjani1.jpg Haşimi Rəfsəncani mohammad-khatami1.jpg Məhəmməd Xatəmi Prezident Mahmud Əhmədinejadın qatı tərəfdarı kimi tanınan hökumət sözçüsü Qulamhüseyn İlhamın xanımı Fatimə Rəcəbi nüfuzlu Qərb nəşri «Financial Times» qəzetinə müsahibəsində İranın keçmiş prezidentləri Məhəmməd Xatəmi və Haşimi Rəfsəncanini səlahiyyətlərini icra etdikləri zaman dövlət çevrilişinə cəhddə ittiham edib. «Media forum» saytının məlumatına görə, F.Rəcəbi M.Xatəmini hakimiyyəti devirmək məramıyla islahatçılara rəhbərlikdə, həmçinin islahat adı altında dünyəvi hakimiyyəti bərqərar etməyə cəhddə, H.Rəfsəncanini isə buna zəmin yaratmaqda ittiham edib: «Hər iki prezident İranı öz düşmənlərinə, yəni ABŞ və İsrailə doğru yönəltməyə səy göstəriblər». Qatı mühafizəkarlar qanadına mənsub olan F.Rəcəbi bundan əvvəl də islahatçı kimi tanınan şəxsiyyətlərə qarşı çıxışlar edərək onları ölkəyə müxtəlif xəyanətlərdə günahlandırıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar