SON XƏBƏRLƏR

DƏNİZ BAYKAL ƏRDOĞANIN BAKI SƏFƏRİ HAQDA: «ERMƏNİSTANA GETMƏK ÜÇÜN AZƏRBAYCANIN DA KÖNLÜNÜ ALMAQ İSTƏYİRLƏR»

2021.10.20, 07:36
DƏNİZ BAYKAL ƏRDOĞANIN BAKI SƏFƏRİ HAQDA: «ERMƏNİSTANA GETMƏK ÜÇÜN AZƏRBAYCANIN DA KÖNLÜNÜ ALMAQ İSTƏYİRLƏR»

Gunaz.tv
DƏNİZ BAYKAL ƏRDOĞANIN BAKI SƏFƏRİ HAQDA: «ERMƏNİSTANA GETMƏK ÜÇÜN AZƏRBAYCANIN DA KÖNLÜNÜ ALMAQ İSTƏYİRLƏR» Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykal baş nazir Rəcəb Teyyub Ərdoğanın Azərbaycana bugünkü səfərinə münasibət bildirib. deniz-baykal11.jpg Dəniz Baykal D.Baykal deyib ki, Ermənistan nə soyqırım iddialarından əl çəkir, nə də Azərbaycan torpaqlarından çıxır: «Türkiyə bunun müqabilində yeni addımlar atmaq istəyir. Futbol matçı üçün Ermənistana getmək, sərhədlərin açılması üçün zəmin yaratmaqdan ötrü Azərbaycanın da könlünü almaq istəyirlər. Azərbaycan bizə qardaş ölkədir və onu qətiyyən incitməməliyik. Ermənistanla yeni razılaşmalara gedərkən Azərbaycanın əsla incidilməməsi lazımdır. Ancaq görünən odur ki, Ermənistana oyuna gediləcək, bu səbəbdən də Azərbaycana gedib onların könlünü almaq istəiyrlər». «Media forum» xatırladır ki, gələn ay Yerevanda Ermənistan və Türkiyə yığma komandaları arasında dünya çempionatı seçmə mərhələsinin oyunu keçiriləcək. Bir müddət öncə Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdulla Gülü sentyabrın 6-da keçiriləcək həmin matça birgə baxmaq üçün Yerevana dəvət edib. D.Baykal «Ermənistana oyuna gediləcək» deyərkən A.Gülün Ermənistana mümkün səfərini nəzərdə tutur. CHP başqanı bu gün jurnalistlərə açıqlamasında İran prezidenti Mahmud Əhmədinejadın Türkiyəyə ötən həftə gerçəkləşdirdiyi səfərə də toxunaraq qonağın İstanbulda şou göstərdiyini, görüşlərinin tam iflasa uğradığını deyib. Rusiyanın Gürcüstan torpaqlarına girməsinə münasibət sərgiləyən müxalifət lideri Türkiyənin bu bölgədə izlədiyi siyasətdə xətalara yol verildiyini söyləyib: «Baş nazir Rəcəb Teyyub Ərdoğanın Moskva səfərini Rusiya KİV-i Kremlə dəstək kimi yozdu. Bu səfər iflasa uğradı». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar