SON XƏBƏRLƏR

Suriya Rusiyanın hərbi bazasına çevrilə bilər

2021.10.20, 07:36
Suriya Rusiyanın hərbi bazasına çevrilə bilər

Gunaz.tv
Suriya Rusiyanın hərbi bazasına çevrilə bilər beshiresed.jpg Suriya prezidenti Bəşir Əsəd Moskva ilə hərbi əməkdaşlığa və Rusiyanın hərbi bazasının ölkə ərazisində yerləşdirilməsinə hazır olduqlarını bəyan edib. Lent.az-ın məlumatına görə, Suriya prezidenti bu barədə Rusiya KİV-nə müsahibəsində bildirib. Bəşir Əsəd bu gün Rusiyaya səfər edərək Soçidə prezident Dmitri Medvedevlə görüşəcək. Səfərdən öncə rus jurnalistlərinə müsahibə verən Suriya prezidenti Moskvanın Cənubi Osetiyadakı fəaliyyətini dəstəkləyib. O, Rusiyanın bundan sonra Qərb və NATO ilə yaxınlaşmaya getməyəcəyini də vurğulayıb: “Regionda baş verən hadisələr ikili standartların nümunəsidir. Qərb Kosovoda həmişə öz müqəddəratını həll etməkdən danışırdı. Gürcüstanda isə böhran başlayanda Rusiyanı ittiham edirlər. Suriya artıq bu mərhələni yaşayıb”. Bəşir Əsəd Rusiyanın ABŞ-ın Avropada RƏM sistemini yerləşdirməsinə “İsgəndər” raket komplekslərini Suriyada yerləşdirməklə cavab verə biləcəyini vurğulayıb: “Hələlik bizə belə bitr təklif daxil olmayıb. Amma mən onu nəzərdən keçirməyə hazıram. Biz təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığa hazırıq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar