SON XƏBƏRLƏR

İRANIN BAŞ PROKURORU TƏLƏBƏLƏRƏ XƏBƏRDARLIQ EDİB

2021.10.20, 07:36
İRANIN BAŞ PROKURORU TƏLƏBƏLƏRƏ XƏBƏRDARLIQ EDİB

Gunaz.tv
İRANIN BAŞ PROKURORU TƏLƏBƏLƏRƏ XƏBƏRDARLIQ EDİB qurbanelidorrinecefabadi1.jpg Qurbanəli Dorri Nəcəfabadi İranın baş prokuroru Qurbanəli Dorri Nəcəfabadi dövlət quruluşuna qarşı siyasi fəaliyyət aparan tələbələrə xəbərdarlıq edib. «Media forum» saytının məlumatına görə, Q.D.Nəcəfabadi avqustun 19-da jurnalistlərə açıqlamasında universitetlərdə hakimiyyətə qarşı fəaliyyət göstərən tələbələrin məhkəməyə cəlb olunacağını deyib. Baş prokuror ölkənin dini rəhbəri ayətullah Əli Xamneyini təhqir edən tələbələrin də məhkəməyə çağrılaraq cəzalandırılacağını vurğulayıb: «Bütün müqəddəsləri və İranın dini rəhbərini təhqir edən, onlar barədə ədəb-ərkandan kənar ifadələr işlədən tələbələr də məhkəmə yolu ilə cəzalandırılacaqlar». Q.D.Nəcəfabadi Məhəmməd Xatəminin prezidentliyi dövründə təhlükəsizlik naziri vəzifəsində çalışıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar