SON XƏBƏRLƏR

Rusiya işğalı rəsmiləşdirir

2021.10.20, 07:36
Rusiya işğalı rəsmiləşdirir

Gunaz.tv
Rusiya işğalı rəsmiləşdirir Kreml Cənubi Osetiyanı ölkənin büdcə sisteminə daxil edib Azər Qondarma "Cənubi Osetiya Respublikası" bundan sonra Şimali Osetiyanın bir parçası kimi rəsmən Rusiyanın dövlət büdcəsindən maliyyələşəcək. Bu barədə qərar Rusiya hökumətinin avqustun 18-də keçirilən toplantısında qəbul olunub. Putin hökumətinin qərarına görə, Sxinvalinin bərpası üçün ayrılan vəsait də federal qurumların nəzarəti altında Şimali Osetiya büdcəsinə daxil ediləcək və yalnız bundan sonra təyinatı üzrə xərclənəcək. "Kommersant" qəzetinin yazdığına əsasən, Rusiya Federasiyasının regionlar nazirliyi Cənubi Osetiyanın inkişafıyla bağlı xüsusi proqram hazırlayıb. Cənubi Osetiya üçün rəhbər kadrların hazırlanmasıyla bağlı Rusiya hökumətinin toplantısında fövqəladə hallar naziri tərəfindən səsləndirilən təklif isə Putin tərəfindən müsbət qarşılanmayıb. Toplantının nəticələri isə sensasiya xarakterlidir. Belə ki, Rusiyanın əlavə və dəyişiklərə məruz qalanq büdcə sisteminə əsasən, Cənubi Osetiya Şimali Osetiyanın tərkib hissəsi sayılır. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar