SON XƏBƏRLƏR

Əlcəzairdə partlayış 43 adamın ölümünə səbəb oldu

2021.10.20, 07:36
Əlcəzairdə partlayış 43 adamın ölümünə səbəb oldu

Gunaz.tv
Əlcəzairdə partlayış 43 adamın ölümünə səbəb oldu elcezair.jpg Avqustun 19-də səhər tezdən terrorçu-kamikadzenin Əlcəzairdəki polis məktəbinə hücumu nəticəsində ən azı 43 nəfər ölüb, 38 nəfər isə yaralanıb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əlcəzair daxili işlər naziri bildirib. İnsident paytaxt Əlcəzairdən 60 kilometr şərqdə baş verib. Şahidlərin sözlərinə görə, kamikadze içinə partlayıcı olan avtomobili polis məktəbinin giriş qapısının ağzına sürüb. Partlayış zamanı məktəbdə imtahan keçirilirmiş. Nəticədə həm mülki şəxslər, həm də polis işçiləri ölüb. Xatırladaq ki, avqustun 17-də Əlcəzair təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı radikal islamçıların qurduğu pusquya düşərək öldürülüblər. Döyüş zamanı onlarla insan yaralanıb. Hələlik terror aktlarının məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar