SON XƏBƏRLƏR

ABŞ və Polşa RƏM müqaviləsi imzaladılar

2021.10.20, 07:36
ABŞ və Polşa RƏM müqaviləsi imzaladılar

Gunaz.tv
ABŞ və Polşa RƏM müqaviləsi imzaladılar abspolshaimzalama.jpg ABŞ və Polşa Amerikanın Raket Əleyhinə Müdafiə sisteminin elementlərinin Polşa ərazisində yerləşdirilməsi ilə bağlı müqavilə imzalayıblar. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, müqaviləni ABŞ tərəfdən dövlət katibi Kondoliza Rays, Polşa tərəfdən isə xarici işlər naziri Radoslav Sikorski imzalayıblar. Sənədin imzalanması mərasimi Polşa hökumətinin dəftərxanasında keçirilib. Razılaşmanın qüvvəyə minməsi üçün onu parlamentin ratifikasiya etməsi və prezident Lex Kaçinskinin imzalaması tələb olunur. Kondoliza Rays razılaşmanın XXI əsrin təhlükələrinə cavab verməyə və ABŞ-Polşa əlaqələrini möhkəmləndirməyə imkan verəcəyini bildirib. Rays razılaşmanın müdafiə xarakterli olduğunu və heç bir ölkəyə qarşı yönəlmədiyini bir daha təkrar edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar