SON XƏBƏRLƏR

Məsciddə partlayış_ Cəmiyyəti silkələməyin sifarişi haradan verilir?

2021.10.20, 07:36
Məsciddə partlayış_ Cəmiyyəti silkələməyin sifarişi haradan verilir?

Gunaz.tv
Məsciddə partlayış Cəmiyyəti silkələməyin sifarişi haradan verilir? Azərbaycanda sabitliyin hökm sürməsindən bir çox qüvvələrin narahat olduqlarını proqnozlaşdıranlar vardı. Müxtəlif qüvvələrin cəmiyyətdə qarşıdurma yaratmaq istiqamətində hansısa işlər görə bilməsindən ehtiyatlılıq ifadə olunurdu. Bu ehtiyatlılıq sırasında dini radikalizmdən istifadə edilməsi ehtimalı üzərində geniş dayanılırdı. Etiraf edək ki, ölkədəki bəzi yazarlar da bir çox məqamları nəzərə almadan fikirlər ifadə edirdilər. Bu fikirlərdə bəzi hallarda dini təriqətçilik təbliğ olunurdu. Əsas isə odur ki, kənarda olan qüvvələrin Azərbaycanda silkələnmə yaratmaq istəyi üzərində düşünmək lazım idi. Əbu-Bəkr məscidinə atılan partlayıcı maddə bütün bunlara görə, cəmiyyətə bir siqnal olmalıdır. Həmin məsciddə konkret bir dini təriqətə mənsub adamların daha çox toplaşdığı barədə məlumatlar çoxdan vardır. Ancaq kimliyindən asılı olmayaraq insan məsciddə ibadət edirsə, ona toxunmaq günahdır. Dini qanunda bu, birmənalı mövcuddur. Burada qumbaranı ibadət edən adamların üstünə atıblar. Nəticədə qan tökülüb. Məscidə partlayıcı maddə atmaq böyük bir qəbahətdir. İraqda neçə ildir ki, müsəlmanlar bu səbəbdən məhv edilirlər. Onları bir-birinə qırdırırlar. Pakistanda da son 3 ildə təriqətçi ayrı-seçkiliyinin qurbanlarının sayı 5 mini keçib. Bu üsuldan bütün müsəlman dövlətlərinə qarşı istifadə edirlər. Öncə bir məscidə partlayıcı atırlar, sonra bunu digər təriqətin üzvlərinin boynuna qoyurlar və ikinci dəfə həmin təriqədə məxsus məsciddə təxribat törədirlər. Bununla da müsəlmanları bir-birinə qarşı qoymaq mexanizmi işə düşür. Din elə bir sistemdir ki, insanlar bunun üstündə bir-birinə qarşı çox amansız ola bilirlər. Əbu-Bəkrə atılan partlayıcı da məhz məzhəb ayrı-seçkiliyinə işarədir. Bunun altından hansı qrupların çıxmasından asılı olmayaraq, söhbət Azərbaycanın düşmənlərindən gedir. Azərbaycanı da seçki öncəsi qarışdırıb, pis vəziyyətə salmaq istəyirlər. Müsəlman ölkələrində seçki ilə bağlı ara qarışdırıb, ölkəni xaosa sürükləməyə cəhd edənlər hamıya məlumdur. Eyni ssenarini Azərbaycanda həyata keçirmək istəyənlərin olmadığına təminat varmığ Ancaq Azərbaycanın bir özəlliyi vardır. Burada əsrlərdir ki, dini tolerantlıq yüksək səviyyədədir. Azərbaycanda yaşayan müsəlmanların bir-birinə qarşı durması imkansızdır. Ona görə də Əbu-Bəkr məscidinə partlayıcı maddə atanlar da ifşa ediləcək. Onlar məhkəmə qarşısında durub, layiq olduqları cəzaları alacaqlar. Bununla yanaşı, bütün cəmiyyətin ayıq olmasını bir daha vurğulamağa ehtiyac duyuruq. Təbii ki, cinayəti tördənlərin kimlikləri bəlli olduqdan sonra daha konkret fikirlər ifadə etmək olar. Lakin baş verən olayın sosial təsir imkanlarını təhlil etməyə də ehtiyac vardır. Bu kimi olayların böyüyüb, bütün cəmiyyəti bürüməsinə qətiyyən yol vermək olmaz. Onu da qeyd edək ki, burada adi kriminal halı da ola bilər. Hər bir halda cəmiyyət üçün bu kimi hadisələrin mənfi psixoloji nəticələrinin olduğunu qəbul etmək gərəkdir. Azərbaycanda daxili sabitliyin hökm sürməsi düşmənlərin əl-qolunu bağlayır. Onlar seçkinin demokratik keçəcəyinə və hər hansı sosial iğtişaşın olmayacağına əmindirlər. Bu baxımdan hər bir vətəndaş təxribatlara qarşı həssas olmalıdır. Adamlar təxribatların önlənməsində aktiv iştirak etməlidirlər. Vətəndaş ayıqlığı əksər hallarda cinayətin xeyli hissəsini öncədən aşkar etməyə imkan verir. Dini radikalizmi siyasi terror elementi kimi ölkəmizə sırımaq istəyənlərin arzularının puç olması üçün vətəndaşın ayıqlığı şərtdir. Müsəlman ölkələrinə qarşı bəzi dairələrin yürütdüyü dağıdıcı siyasətin uğursuz olması üçün müsəlman ayıq olmalıdır. Azərbaycanda dini radikalizmin sosial bazası yoxdur. Ancaq onu kənardan qızışdıran qüvvələrin də olmadığını düşünmək səhvdir. Ona görə də söhbət birbaşa milli təhlükəsizliyin təminindən getməlidir. Hüquq-mühafizə orqanlarımız şübhəsiz ki, bu cinayəti açacaq. Bununla məsələ bitsə, yaxşıdır. Düşmənlər sakitləşməsə, cəmiyyətin təhlükəsizlik naminə daha da birləşməsi lazım gəlir. Azərbaycan cəmiyyəti üçün bu, bir sınaqdır. Müstəqil dövləti və demokratiyanı qorumaq üçün hər an mücadiləyə hazır olmaq gərəkdir. Heç bir partlayış Azərbaycanı seçdiyi kursdan döndərməyəcək. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar