SON XƏBƏRLƏR

Rəsmi Moskva qondarma respublikaları tanımağa hazırlaşır

2021.10.20, 07:36
Rəsmi Moskva qondarma respublikaları tanımağa hazırlaşır

Gunaz.tv
Rəsmi Moskva qondarma respublikaları tanımağa hazırlaşır serqey-mironov.jpg Rəsmi Moskva qondarma Cənubi Osetiya və Abxaziya respublikalarının müstəqilliyini tanımağa hazır olduğunu bəyan edib. Bu arada Cənubi Osetiyadakı strateji obyektlərə elektrik enerjisinin verilişi bərpa edilib. Sxinvaliyə isə humanitar maşın karvanları gəlir. Cənubi və Şimali Osetiyanı birləşdirən Rokskiy tuneli bağlanıb, mülki vətəndaşların tuneldən istifadə etməsinə icazə verilmir. Tunel Rusiya qoşunları Cənubi Osetiyadan tam çıxarılandan sonra açılacaq, humanitar yardımla dolu maşın karvanları hazırda Cənubi Osetiyaya doğru istiqamətlənib. Sxinvali və ətraf kəndlərdə vəziyyət sabitdir. Bunu qondarma respublikanın daxili işlər naziri vəzifəsini icra edən Mixail Mindzaev bildirib. Onun sözlərinə görə, Sxinvalidə ara bir eşidilən güllə səslərini çıxmaqla, bu günlər heç bir insident qeydə alınmayıb. Gürcü-Osetin münaqişəsi zamanı ciddi ziyan çəkən mərkəzi republika xəstəxanasında əsaslı təmir işləri aparılır. Rusiyalı energetiklər şəhərin əsas obyektlərini elektrik enerjisi ilə təmin ediblər. Həftənin sonuna kimi isə şəhərə içməli suyun veriləcəyi gözlənilir. Bu arada Federasiya Şurasının sədri Sergey Mironov Rusiya parlamentinin yuxarı palatasının Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini qəbul etməyə hazır oldğunu bəyan edib. lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar