SON XƏBƏRLƏR

ABŞ –Polşa, Rusiya-Suriya birləşməsi

2021.10.20, 07:36
ABŞ –Polşa, Rusiya-Suriya birləşməsi

Gunaz.tv
ABŞ –Polşa, Rusiya-Suriya birləşməsi kondaliza-rays.jpg ABŞ-la Polşa arasında raket hücümundan müdafiə radarlarını ikinci ölkə ərazisində yerləşdirilməsi barədə saziş imzalanıb . Buna ilk reaksiya isə Suriya prezidenti Bəşər Əsəddən gəlib. Onun sözlərinə görə, buna cavab olaraq Rusiya da Suriya ərazisində «İsgəndər» raketlərini yerləşdirə bilər. Polşa ərazisində quraşdırılacaq raket əleyhinə radarlar haqqında sazişi Amerika tərəfindən dövlət katibi Kandoliza Rays Polşa tərəfdən isə bu ölkənin xarici işlər naziri Radoslav Sikorski imzalayıb . Amerikanın raket hücümundan müdafiə elementlərinin Polşa ərazisində yerləşdirilməsi barədə Vaşinqtonla Varşava arasında razılaşma ötən çərşənbə günü əldə edilib. Razılaşmaya əsasən 2012-ci ilə qədər Polşa ərazisində tərkibində 110 nəfər olan Amerika qarnizonu və 96 raketə malik bir petroit batareyası yerləşdirilməlidir. Bundan əlavə sənəddə Polşada raketdən müdafiə sisteminin yerləşdirilməsinə görə Vaşinqtonun formal və hüquqi təminatlar barədə öz üzərinə tam məsuliyyət götürməsi qeyd olunmayıb. Razılaşmada həmçinin ABŞ-ın Polşa ordusunun moderinləşdirilməsində mümkün iştirakı ilə bağlı müddəlar da yer alıb. Rusiya ABŞ-ın Avropa məkanında hava hücumundan müdafiə sistemi yerləşdirməsinə Suriyanın köməyi ilə cavab verə bilər. Bu bəyanatla Moskvaya səfər ərəfəsində Suriya prezidenti Bəşər Əsəd deyib. Onun sözlərinə görə, Rusiyanın «İsgəndər» uzaq mənzilli raketləri Suriya ərazisində yerləşdirməsi ABŞ-ın addımına layiqli savab olardı. lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar