SON XƏBƏRLƏR

ERMƏNİ ƏSİR AZAD EDİLİB

2021.10.20, 07:36
ERMƏNİ ƏSİR AZAD EDİLİB

Gunaz.tv
ERMƏNİ ƏSİR AZAD EDİLİB Avqustun 19-da Azərbaycan tərəfi Xocavənd rayonunun Maçkala kənd sakini, 1981-ci il təvəllüdlü Qrant Qabriyelyanı azad edib. O, saat 14.30-da Ağdam rayonunun Başqərvənd kəndində Qırmızı Xaç Komitəsi işçilərinin vasitəçiliyi ilə ermənilərə təhvil verilib. «Turan»ın məlumatına görə, Qabrielyan bu ilin may ayında Xocavənd rayonunda saxlanılıb. Onu bir azərbaycanlı qadın tutub hərbiçilərə təhvil verilib. Qabrielyanın cəbhə xəttini keçməsinin səbəbi KİV-ə məlum deyil. ------------------------------------------------------------------- MOSKVADA GÜLLƏBARAN: GÜRCÜ İŞ ADAMI SÜRÜCÜSÜYLƏ BİRGƏ MAŞINDA YANDI Şəkildə: David Duadzenin avtomobilinin şüşəsi Moskvada gürcü iş adamı David Duadze və onun sürücüsü qətlə yetirilib. «Media forum» saytı Rusiya KİV-inə istinadla xəbər verir ki, hadisə Moskva vilayətində, Kaşirsk yolunun 30-cu kilometrliyndə baş verib. «Transservis» şirkətinin rəhbəri D.Duadzenin «Mitsubişi Pajero» avtomobili atəşə tutulub. Nəticədə avtomobil alışıb, Duadze və sürücüsü maşının içində yanıblar. Şahidlərin sözlərinə görə, hadisə avqustun 19-da Moskva vaxtıyla saat 14:10-da baş verib, qatillər gözlənilmədən D.Duadzenin olduğu maşına yaxınlaşaraq onun gülləbaran ediblər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar