SON XƏBƏRLƏR

Rusiya təhlükəli oyun oynayır"_Kondaliza Rays: "Moskva Gürcüstanın infrastrukturunu dağıtmağa çalışır"

2021.10.20, 07:36
Rusiya təhlükəli oyun oynayır"_Kondaliza Rays: "Moskva Gürcüstanın infrastrukturunu dağıtmağa çalışır"

Gunaz.tv
Rusiya təhlükəli oyun oynayır" Kondaliza Rays: "Moskva Gürcüstanın infrastrukturunu dağıtmağa çalışır" Avqustun 19-da NATO ölkələri bir araya gələrək Rusiya-Gürcüstan münasibətlərini müzakirə edib. Toplantıdan əvvəl isə Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays rəsmi Moskvanın ünvanına sərt bəyanatlar səsləndirib. ABŞ dövlət katibi Rusiyanı rəsmi Vaşinqton və onun müttəfiqləri ilə təhlükəli oyun oynamaqda ittiham edib. Kondaliza Rays bildirib ki, Rusiya hərbi potensialından istifadə edərək Gürcüstan hökumətini zəiflətməyə və ölkənin infrastrukturunu dağıtmağa çalışır.("OLAYLAR"İA) Qeyd edək ki, Rusiya-Gürcüstan münasibətləri ötən gün Vyanada keçirilən toplantıda da əsas müzakirə mövzusu olub. Lakin təşkilata üzv dövlətlər Gürcüstana müşahidəçi missiyasının göndərilməsində ümumi razılığa gələ bilməyiblər. Bu arada BMT donor ölkələrinə müraciət edərək gürcü-osetin münaqişəsi zamanı zərər çəkmiş insanlara 58,6 milyon dollar həcmində yardım etməyə çağırıb. Müraciətə müsbət reaksiya verən donor ölkələr 23 milyon dollar məbləğində vəsait ayrılacağını bildiriblər. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar