SON XƏBƏRLƏR

Estoniyadan Azərbaycanadək yeni blok

2021.10.20, 07:36
Estoniyadan Azərbaycanadək yeni blok

Gunaz.tv
Estoniyadan Azərbaycanadək yeni blok Polşa prezidenti Lex Kaçinski Mərkəzi və Şərqi Avropa ölkələrindən ibarət yeni blok yaradılması təşəbbüsü ilə çıxış edir. O bu barədə planlarını Polşanın aparıcı qəzetlərindən olan “Reçpospolita”ya açıqlayıb. O deyib ki, bu ölkələr arasında münasibətlər son illər ərzində onsuz da kifayət qədər möhkəmlənib. Polşa prezidentinin sözlərinə görə bu, artıq Polşa, Estoniya, Ukrayna və latviya prezidentlərinin Tbilsiyə birgə səfəri ilə bird aha nümayiş etdirilib. Bu arada Polşa siyasətçiləri Fransanın Rusiya-Gürcüstan münaqişəsinin çözümünə dair planını yarımçıqlığına görə tənqid edirlər. Onlar Gürcüstanın NATO üzvlüyünə qəbulu prosesini sürətləndirməyə çağırırlar. Azərbaycandan Estoniyayadək ölkələrin blokuna çağıran president Kaçinski deyib ki, Avropa İttifaqında qərarlar Berlin və paris arasında qəbul olunur və İttifaqın Rusiyaya dair vahid siyasəti yoxdur. Prezidentin ideyasını Polşa Seyminin xarici işlər daimi komissiyasının sədr müavini Pavel Koval da dəstəkləyir. O deyir ki, “Avropa İttifaqında regional xüsusiyyətlər rol oynayır, məsələn, Fransa və İtaliyanın siyasəti Aralıq dənizi hövzəsinə köklənib. Məncə Şərq siyasəti üçün də belə bir bloka ehtiyac var”. Lakin bununla belə, Polşa müxalifətinin bəzi nümayəndələri belə bir bloka ehtiyac görmürlər. Onlar bunu ən azı “blok” adlandırmamağa çağırırlar. Qəzet yazır ki, yeni blokun yaradılması ideyası Amerika prezidenti Corc Buş tərəfindən də dəstəklənir. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar