SON XƏBƏRLƏR

ZAMBİYANIN PREZİDENTİ YENƏ ÖLDÜ

2021.10.20, 07:36
ZAMBİYANIN PREZİDENTİ YENƏ ÖLDÜ

Gunaz.tv
ZAMBİYANIN PREZİDENTİ YENƏ ÖLDÜ levy_mwanawasa_1-1-.jpg Levi Mvanavasa Bu gün Mərkəzi Afrika ölkəsi Zambiyanın prezidenti Levi Mvanavasanın Parisdəki klinikalardan birində ölməsi xəbəri yayılıb. Məlumatı ölkənin vitse-prezidenti Rupiya Banda da təsdiqləyib. L.Mvanavasanın ölüm xəbəri iyulun 3-də də yayılmışdı. Amma onda Zambiya rəsmiləri bu xəbəri təkzib etmişdilər. Zambiya prezidenti iyunun 29-da Misirin Şarm-əl-Şeyx şəhərində insult keçirərək (o, Afrika ölkələri liderlərinin sammitinə qatılıbmış) xəstəxanaya yerləşdirilib, iyulun 1-də isə Fransaya aparılıb. L.Mvanavasa Zambiya prezidenti postuna 2001-ci ildə seçilmiş, 2006-cı il seçkisində postunu əlində saxlamışdı. İxtisasca hüquqçu olan L.Mvanavasa 1948-ci il sentyabrın 3-də doğulmuşdu. . «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar