Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Əbu Bəkr məscidinə qumbara atan cinayətkarın və təhrikçi qüvvələrin tez bir zamanda ifşa olunmaları zəruridir Nərimanov rayonu Cümə məscidində (Əbu Bəkr) baş verən terror aktını Bakı Şəhər Prokurorluğunda yaradılmış xüsusi istintaq qrupu təhqiq edir. Dünən Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev istintaq qrupunun rəhbərinin prokurorluğun istintaq idarəsinin mühüm işlər müstəntiqi Akif Rzayev oldğunu bildirib. Cinayətin açılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Terror aktı ilə bağlı şübhəli şəxs qismində kimlərinsə saxlanıb-saxlanmamasına gəldikdə, prokurorun köməkçisi hazırda hadisə yerində istintaq aparıldığını və əməliyyatın nəticələri barədə hələ ki, yeni məlumat olmadığını söyləyib. Rəvan Məmmədli Xatırladaq ki, avqustun 17-də saat 20:50 radələrində nməlum şəxsin məscidin pəncərəsindən atdığı partlayıcı maddə nəticəsində 2 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlar içərisində Cümə məscidinin (Əbu Bəkr) imamı Qamət Süleymanov da var. Dünən bir sıra islam təşkilatlarının təmsilçiləri, ilahiyyatçı alimlər və ağsaqqallar (ümumilikdə 41 nəfər) avqustun 17-də Əbu Bəkr məscidində baş vermiş terror aktı ilə əlaqədar birgə bəyanatla çıxış ediblər. Bəyanatı imzalayanlar Nərimanov rayonunda yerləşən məsciddə baş verən qanlı olayı qətiyyətlə pisləyir və bunu müsəlman kimliyinə uyğun gəlməyən, islamın gözəl mahiyyətinə zidd olan bir cinayət kimi qiymətləndirirlər. Bu, birmənalı olaraq Azərbaycanın milli-mənəvi təhlükəsizliyinə ciddi təhdiddir: "Bunun qarşısında Azərbaycan toplumu vahid prinsipial mövqe sərgiləməli və bu üsulların heç bir vəchlə məqbul olmaması barədə aydın və birmənalı mesajlar verməlidir. Hesab edirik ki, cəmiyyətin bütün təbəqələri bu əməllərin Azərbaycan üçün destabilizə faktoru rolunu oynamağa imkan verilməyəcəyi barədə dəqiq mövqe nümayiş etdirməlidir. Terrorun müəllifləri və icraçıları bu fəlakətin önündə bütün Azərbaycan ictimaiyyətini görməlidir. Belə olsa, vətənimizi öz eksperimental oyunlarının poliqonuna çevirmək istəyən ünsürlər birdəfəlik öz niyyətlərindən daşınarlar". Ümumilikdə, hadisəyə münasibətdə Azərbaycanda mövqe yekdildir. Hesab olunur ki, bu, ölkədə tolerant, dözümlü mühitə zərbə vurmaq və qeyri-stabillik yaratmaq istəyən xarici qüvvələrin əməlidir. Məsələn, hadisədən dərhal sonra BAXCP-nin yaydığı bəyanatda bildirildi ki, Azərbaycan regionda və dünyada yüksək dini tolerantlığın mövcud olduğu, Tanrıya tapınanların azad, firavan və təhlükəsiz yaşadığı bir ölkə kimi böyük nüfuz qazanmış, əsl mədəniyyət göstəricisi olan dini dözümlülüyün simvollarından birinə çevrilmişdir. BAXCP hesab edir ki, Əbu Bəkr məscidində baş verən hadisə bölgədə gərginliyin yaradılmasında maraqlı olan, dinlər və təriqətlər arasında nifaq salmağa çalışan qüvvələrin Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq niyyəti kimi qiymətləndirilməlidir. Bu hadisəni həyata keçirən, yaxud stimullaşdıran düşmən dairələr Azərbaycan haqqında "qeyri-sabit ölkə" imici formalaşdırmaqla öz iyrənc maraqlarını həyata keçirmək istəyirlər. Hadisəni həmin məsciddəki iki qrup arasındakı narazılığın nəticəsi hesab edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də burada düşmən qüvvələrin əli ola biləcəyini istisna etmir. O bildirib ki, bu gün bütün dünya Azərbaycanın tolerant ölkə olduğunu bilir. Ölkədə dini sahədə problem olsaydı, belə hadisələr başqa dinlərin nümayəndələrinə-yəhudilərə, xristianlara qarşı törədilərdi. Maraqlı xarici qüvvələrin kimliyi barədə də açıqlamalar verilib. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu Əbu Bəkir məscidindəki partlayışa Rusiyanın həddindən çox maraqlı tərəf kimi yanaşdığını dilə gətirib. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluya görə, Əbu Bəkri vəhabiliyə düşmən münasibət bəsləyən başıpozuq fanatik də partlada bilərdi, bu olayın arxasında məmləkətimizdə məzhəblərarası münasibətləri qızışdırmaqla xaos planını hərəkətə gətirmək istəyən və bununla Azərbaycanı zəiflətməyi planlayan mərkəz və ya mərkəzlər də dayana bilərdi: "Fanatik və ya məkrli mərkəz - fərq etməz, variantların hər ikisi təhlükəlidir. Vəhabiləri hədəf alan fanatik peyda olubsa, şiələri də hədəf ala biləcək fanatikin peyda olmasından sığortalanmamışıq. Yox, əgər həmin fanatiki tapşırığa hansısa mərkəz göndəribsə, demək bu olay həmin mərkəzin Azərbaycanla bağlı məkrli planının sadəcə ilk bəndidir. Buna görə də məscidə partlayıcı maddəni atanın qısa zamanda həbsi, ailə münaqişəsi zəminində qətl törədən və ya soyğunçuluq edənin həbsindən daha önəmlidir". Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Əbu Bəkr məscidində insanların ölümü və yaralanması ilə nəticələnən partlayışın bütün hallarda terror aktı olduğunu vurğulayıb. Dinşünas alim Altay Göyüşov hesab edir ki, bu cür hadisələr müxtəlif səbəblərdən baş verə bilər. Ancaq məsələnin kökündə ölkədə dini maarifləndirmə işinin lazımi səviyyədə olmaması dayanır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də Əbu Bəkr məscidində baş verən partlayışı terror aktı adlandırıb. Bütün bunlar da göstərir ki, dövlətin və cəmiyyətin məsələyə yanaşmasında birmənalı yekdillik var. Olay isə kifayət qədər narahatlıq doğurur və xarici qüvvələrin gələcəkdə həyata keçirməyə çalışacaqları məkrli planların qarşısını almaq üçün hadisənin hərtərəfli araşdırılması, cinayətkarın və təhrikçi qüvvələrin tez bir zamanda ifşa olunmaları üçün təxirəsalınmaz addımların atılması zəruridir. Prezidentin məsələni xüsusi nəzarətinə götürməsi bu baxımdan müsbət haldır. Digər tərəfdən, Azərbaycan cəmiyyətində dini maarifləndirməyə də xüsusi diqqət ayrılmalıdır ki, bu yolla ölkəmizdə dini tolerantlıq mühitinə zərbə vura biləcəklərini düşünən xarici qüvvələr niyyətlərinin baş tutmayacağını dərk etsinlər. xalqcebhesi
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər