SON XƏBƏRLƏR

İRANda EDAMIN QARŞISINI ALMAĞA ÇALIŞAN KİNEMATOQRAFÇILAR MƏHKƏMƏYƏ ÇAĞRILIB

2021.10.20, 07:36
İRANda EDAMIN QARŞISINI ALMAĞA ÇALIŞAN KİNEMATOQRAFÇILAR MƏHKƏMƏYƏ ÇAĞRILIB

Gunaz.tv
EDAMIN QARŞISINI ALMAĞA ÇALIŞAN KİNEMATOQRAFÇILAR MƏHKƏMƏYƏ ÇAĞRILIB kinematoqraflar.jpg Məhbus Behnud Şücayinin edamının qarşısını almağa çalışan İranın üç məşhur kinematoqrafı Tehran Cinayət Məhkəməsinə çağrılıb. B.Sücayi 17 yaşında Tehranın Vənək parkı qarşısında düşən davada bir nəfəri qətlə yetirib. Hazırda 20 yaşı olan B.Sücayi üç il həbsdə saxlandıqdan sonra edama məhkum edilib. «Media forum» saytının məlumatına görə, B.Şücayini edamdan qurtarmaq üçün öldürülən şəxsin valideynlərinə qan pulu verilməsinə və bununla onlardan edamın ləğvinə razılıq almağa çalışan, bankda hesab açıb vətəndaşları ora pul köçürməyə çağıran kinematoqrafçılar İzzətulla İntizami, Pərviz Pərəstuyi və Kəyumərs Purəhməd hökumətin işinə qarışmaqda günahlandırılır. Tehran Cinayət Məhkəməsinin birinci şöbəsinin müstəntiqi Məhəmmədhüseyn Şamlu kinematoqrafçıların məhkəməyə çağrılmasından danışarkən deyib: «Onlar bankda hesab açıb vətəndaşların heyssiyyatını qıcıqlandırmaqla bir qatili qisasdan qurtarmağa cəhd göstəriblər. Halbuki mövcud qanunlara görə, hər bir qatilin hökmü qisas, yəni edamdır». Bu günə qədər B.Şücayinin edam tarixi iki dəfə rəsmən təyin edilsə də, beynəlxalq təşkilatların etirazı nəticəsində təxirə salınıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar