SON XƏBƏRLƏR

BÜLƏNT ECEVİTİN QƏBRİ DÖVLƏT MƏZARLIĞINDAN KÖÇÜRÜLÜR

2021.10.20, 07:36
BÜLƏNT ECEVİTİN QƏBRİ DÖVLƏT MƏZARLIĞINDAN KÖÇÜRÜLÜR

Gunaz.tv
BÜLƏNT ECEVİTİN QƏBRİ DÖVLƏT MƏZARLIĞINDAN KÖÇÜRÜLÜR ecevit-heyatyoldashi1.jpg Bülənt Ecevit həyat yoldaşı ilə Türkiyənin mərhum siyasətçisi Bülənt Ecevitin məzarının köçürülməsinə rəsmi razılıq verilib. «Media forum» saytı xəbər verir ki, mərhum siyasət adamının məzarı həyat yoldaşı Rəhşan Ecevitin təşəbbüsüylə köçürülür. Xanım Ecevit uzun müddətdir dövlət adamlarının dəfn olunmasını tənzimləyən qanuna dəyişikliyi gözləyirdi. Avqustun 16-da qanun dəyişib. Bu qərara görə, B.Ecevitin məzarı Ankaranın Gölbaşı rayonundakı qəbiristanlığa köçürüləcək. B.Ecevit 2006-cı ildə Ankaradakı Dövlət Məzarlığında dəfn olunub. Dövlət adamlarının dəfn olunmasını tənzimləyən qanuna son dəyişiklik mərhumun ailə üzvlərinə onu istədikləri məzarlıqda torpağa vermək imkanı yaradır. Dövlət Məzarlığında Atatürk və onun 61 silahdaşı, eləcə də Türkiyənin keçmiş dövlət rəhbərləri dəfn olunub. Əri vəfat edəndən bəri məzarın yerinin dəyişdirilməsinə çalışan R.Ecevit deyirdi: «60 il onunla birlikdə yaşamışam, o bir yerdə, mən başqa yerdəmi olacağıq? Hər ailə kimi bizim də bir ailə məzarlığımız olacaq». B.Ecevit 2006-cı ildə vəfat edib. 1925-ci ildə İstanbulda doğulan B.Ecevit siyasətə 1957-ci ildə qoşulub. Həmin il Cümhuriyyət Xalq Partiyasından (CXP) millət vəkili seçilib. 1961-ci ildə CXP yetkilisi kimi nazir vəzifəsini tutub. 1973-cü ildə 43 il CXP-yə rəhbərlik etmiş İsmət İnönüyə qalib gələrək partiyanın sədri olub. 1973-cü il seçkilərində CXP yenidən hakimiyyətə gəlib və B.Ecevit baş nazir kürsüsünü tutub. Amma hakimiyyətdə cəmi 10 ay qalıb. 1978-ci il seçkilərində CXP yenidən qalib gəlib, lakin yenə də hakimiyyətdə cəmi 21 ay olub. 1980-ci ilin iyulunda Türkiyədəki hərbi çevrilişdən sonra B.Ecevit həbs edilib. 1985-ci ildə B.Ecevit Demokratik Sol Partiyasını (DSP) təsis edib və partiyanın baş katibi seçilib. 1989-cu ildə DSP hakimiyyətə gəlib, B.Ecevit baş nazir olub. 1994-cü il seçkilərində DSP-Ana Vətən Partiyası koalisiyası hakimiyyətə gəlib. ANAP sədri Məsud Yılmaz baş nazir, DSP rəhbəri B.Ecevit baş nazirin müavini olub. 1998-ci ildə DSP ANAP və Milliyətci Hərəkat Partiyası ilə birgə koalisiya qurub, nəticədə B.Ecevit yenidən baş nazir postunu tutub. 2002-ci ilin parlament seçkilərində DSP-nin cəmi 1,2 faiz səs toplaması B.Ecevitin siyasətdən getməsinə səbəb olub. O, partiya sədrliyindən istefa verib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar