SON XƏBƏRLƏR

Rusiya BMT-nin “Gürcüstan qətnaməsinə” veto qoyur

2021.10.20, 07:36
Rusiya BMT-nin “Gürcüstan qətnaməsinə” veto qoyur

Gunaz.tv
Rusiya BMT-nin “Gürcüstan qətnaməsinə” veto qoyur _44940787_russiansoldiers203b.jpg BMT TŞ-da Rusiya nümayəndəsi Vitali Çurkin deyib ki, qətnamə Amerika təsiri altında hazırlanıb və atəşkəslə bağlı razılaşdırılmış bəndlərin hamısını əhatə etmir. “Rusiya qətnaməni bu şəkildə qəbul edə bilməz. Qətnamənin ilkin variantından bəzi müddəalar çıxarılaraq təhrif edilmiş şəkildə təqdim edilib “, - deyib Vitali Çurkin. Fransanın hazırladığı qətnamə Rusiya vetosundan sonra səsverməyə çıxarılmayıb. BMT-yə təqdim edilən qətnamə layihəsi qoşunların münaqişədən əvvəlki mövqelərə qaytarılmasını nəzərdə tuturdu. Bundan əlavə sənədə “Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri” sözləri ifadəsi daxil edilmişdir. Xəbər verilir ki, məsələ ilə bağlı BMT baş katibi Ban Ki Munla Rusiya prezidenti Dmitri Medvedev arasında fikir mübadiləsi olub. Moskva bildirmişdir ki, Gürcüstanın daxili rayonlarından qoşunları avqustun 18-dən etibarən geri çəkməyə başlayacaq. Lakin bu prosesdə irəliləyişin olmadığına görə Rusiya üzərinə tənqid artırılır. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar