SON XƏBƏRLƏR

Ruslar yenidən Potiyə girdilər

2021.10.20, 07:36
Ruslar yenidən Potiyə girdilər

Gunaz.tv
Ruslar yenidən Potiyə girdilər General Noqovitsın limanda "sülhməramlı post" yaradır Gürcüstandakı hərbi əməliyyatlar zamanı gürcü tərəfdən 215 (133 hərbçi) nəfər ölüb. 1469 nəfər yaralanıb, 70 nəfər itkin düşüb, 7 meyit tanınmayıb. Bu barədə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Tarqamadze dünən jurnalistlərə bildirib. Onun sözlərinə görə, dünən səhər Rusiya qoşunları Poti şəhərinə girərək gürcü hərbçilərini saxlayıblar. AP agentliyinin xəbərinə görə, əsirlərin gözləri bağlanıb, qollarına qandal vurulub. Rusiya "sülhməramlı qüvvələri"nin təmsilçisi general-mayır Yevgeni Ustinov "İnterfaks"a Poti limanında xüsusi əməliyyat keçirildiyini və 22 gürcü hərbçisini saxlanıldığını təsdiq edib. Məlumatlara görə, ruslar limandakı iki gəmini də partladıblar. Qeyd edək ki, gürcü əsirlərin şəkilləri üzə çıxdıqdan sonra Rusiya hərbçiləri Potiyə girmələrini etiraf ediblər. RF SQ Baş Qərargahının rəis müavini general-polkovnik Anatoli Noqovitsın bildirib ki, Potidə "dişlərinə qədər silahlanmış" 20 gürcü hərbçisini və üç ərəb muzdlusunu tutublar. Rus general limanın zəbtini isə lap həyasızcasına "izah" edib:"Potidə Rusiyanın sülməramlı qüvvələrinin postu yaradılır və o, limandakı gəmilərin və infrastrukturun mühafizəsi ilə məşğul olacaq". Poti limanının direktoru Alan Midlton rus hərbçilərinin hərəkətinə etiraz edərək bildirib ki, bu fakt Gürcüstan Rusiyanı beynəlxalq məhkəməyə verərkən iddialar sırasına daxil ediləcək. Yeri gəlmişkən, dünən RF prezidenti Dmitri Medvedyev Fransa prezidenti Nikolya Sarkozi ilə telefon söhbətində rus qoşunlarının avqustun 22-dək Gürcüstandan çıxarılacağını vəd edib. Deyəsən, bu, tam çıxış olmayacaq, rus qoşunları "müvəqqəti təhlükəsizlik zonası"nda yerləşdiriləcəklər. Dünən gecə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası Gürcüstandakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələrə başlayıb. Qərb diplomatlarından xarici mətbuata sızan məlumata görə, BMT TŞ "Medvedyev-Sarkozi planı"na alternativ olacaq yeni qətnamə layihəsini müzakirə edəcək (Reuters). Ziya express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar