SON XƏBƏRLƏR

RUSİYA XƏZƏRDƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLADI

2021.10.20, 07:36
RUSİYA XƏZƏRDƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLADI

Gunaz.tv
RUSİYA XƏZƏRDƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLADI 362.jpg Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri dünən təlimlərə başlayıb. Rusiya Hərbi Dəniz Donanması Baş Komandanlığının köməkçisi İqor Dıqalonun ANS-ə verdiyi məlumata görə, bu təlimlər normal xarakter daşıyır və onların Gürcüstanda baş verənlərlə heç bir əlaqəsi yoxdur. O bildirib ki, bu, planla nəzərdə tutulan təlimdir: “Bu cür təlimlər ildə bir dəfə keçirilir. Lakin biz onları ildə bir neçə dəfə də keçirə bilərik. Rusiyanın Xəzərdəki donanmasının 15 gəmisi dənizdə taktiki qrupun tərkibində qarşıya qoyulan tapşırıqları yerinə yetirir. Taktiki qrupa donanmanın flaqmanı sayılan ”Tatarıstan" raket gəmisi və ən yeni kiçik “Həştərxan” artilleriya gəmisi daxildir. Bu cür təlimlərin keçirilməsi normaldır. Azərbaycan donanması da bu cür təlimlər keçirir. Bu təlimlər Azərbaycana aid olan sularda yox, Rusiyanın döyüş hazırlığı poliqonlarında aparılır. Ona görə də bunun Azərbaycanla razılaşdırılmasına ehtiyac yoxdur. Təlimlərin Gürcüstandakı hadisələrlə heç bir əlaqəsi yoxdur". Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar