SON XƏBƏRLƏR

ABDULLAH GÜL KEÇMİŞ LİDERİNİ ƏFV ETDİ_Nəcməddin Ərbakan artıq ev dustağı olmayacaq

2021.10.20, 07:36
ABDULLAH GÜL KEÇMİŞ LİDERİNİ ƏFV ETDİ_Nəcməddin Ərbakan artıq ev dustağı olmayacaq

Gunaz.tv
ABDULLAH GÜL KEÇMİŞ LİDERİNİ ƏFV ETDİ Nəcməddin Ərbakan artıq ev dustağı olmayacaq 5636.jpg Türkiyə prezidenti Abdullah Gül keçmiş lideri, bağlanan Rifah Partiyasının keçmiş rəhbəri Nəcməddin Ərbakanın ev dustaqlığından azad edilməsi haqda fərman verib. Prezidentin adından yayılan bəyanatda deyilir ki, Ərbakanın əfv olunması üçün onun səhhəti əsas götürülüb. Belə ki, həkimlərin rəyinə görə, Ərbakanda bir neçə xəstəlik var və o, müntəzəm müalicə almalıdır. Həbs şəraitində isə belə müalicəni almaq mümkün deyil. Bildirilir ki, prezidenti Konstitusiya əsasında ona verilmiş səlahiyyətlərdən istifadə edərək davamlı xəstəliyi olan məhkumun əfv edilməsi haqda qərar çıxarıb. Xatırladaq ki, Türkiyənin keçmiş baş nazirlərindən olan Ərbakan dövlətdən Rifah Partiyasına ayrılan maliyyə yardımının mənimsənilməsinə görə 2 il 35 gün müddətində həbs cəzasına məhkum edilib. Məhkəmə sonradan bu cəzanı yüngülləşdirərək Ərbakanı ev dustağı edib. O, ev dustaqlığından 2010-cu ildə azad ola bilərdi. Ərbakan islamçı partiyanın lideri olaraq hakimiyyət başına gəlib və ölkənin siyasi kursunu dəyişdirmək cəhdinə görə silahlı qüvvələrin təzyiqi altında istefa verib. İndiki prezident A.Gül isə onun ən sadiq tərəfdaşlarından biri olub, lakin sonradan o, indiki baş nazir Rəcəb Tayyib Ərdoğanla birlikdə Ərbakandan ayrılıb və AKP-ni qurub. Ərbakana qarşı qaldırılmış dövlət yardımının mənimsənilməsinə dair cinayət işində Gülün də adı keçir. Lakin onun toxunulmazlıq statusu olduğuna görə bu işlə bağlı istintaqa cəlb edilməyib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar