SON XƏBƏRLƏR

Azərbaycana vərəmi kim gətirir?

2021.10.20, 07:36
Azərbaycana vərəmi kim gətirir?

Gunaz.tv
Azərbaycana vərəmi kim gətirir? Vərəm daşıyıcıları sırasında xarici ölkə vətəndaşları üstünlük təşkil edir Azərbaycana gələn və qeydiyyata düşmək istəməyən xarici ölkə vətəndaşları əsas vərəm daşıyıcılarıdır. Adının çəkilməsini istəməyən poliklinikalardan birinin baş həkiminin "OLAYLAR"İA-ya verdiyi məlumata görə, son illərdə ölkədə vərəm xəstələrinin sayının artmasına da məhz bu amil səbəb olub. Mənbənin bildirdiyinə görə, vərəmli xarici ölkə vətəndaşları əsasən xarici neft şirkətlərində çalışırlar. Həmçinin qeyri-qanuni yollarla Azərbaycana gələn və burada səyyar satışla məşğul olan çinlilərin də əksəriyyətinin vərəmli xəstələr olduğu söylənilir. Məlumatda qeyd olunur ki, yaxın vaxtlarda sözügedən problemin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi səviyyəsində ciddi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar