SON XƏBƏRLƏR

11 -08 -2008 . İran Mətbuatı: “Rusiya Kosovonun intiqamını alır”

2021.10.20, 07:36
11 -08 -2008 . İran Mətbuatı: “Rusiya Kosovonun intiqamını alır”

Gunaz.tv
11 -08 -2008 . İran Mətbuatı: “Rusiya Kosovonun intiqamını alır” http://www.araztm.az/?mod=actual&id=62 Son günlərdə Cənubi Osetiyada baş verən hadisələr İran mətbuatının da əsas xəbərinə çevrilib. Rusiyanın, Gürcüstanın və Qərb ölkələrinin bu hadisə ilə bağlı mövqeyini ifadə edən İran mətbuatı münaqişədə rəsmi Tehranın vasitəçilik etmək istəyini də qabardmışdır. İranda fəaliyyət göstərən bir sıra kütləvi informasiya vasitələri Cənubi Osetiya münaqişəsinin səbəblərini AB və ABŞ-da axtarsalar da, digər bir qrup medyada isə hadisə Rusiiyanın regionda Qərbə güc nümayişi kimi dəyərləndirilməkdədir. İranda ən çox izlənilən və əsasən rəsmi xarakter daşıyan “Şəbəke Xəbər” telekanalının verdiyi məlumata görə, İran rəsmiləri münaqişənin dayandırılmasına yardım göstərməyə hazır olduqlarını bəyan ediblər. İran Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Həsən Qəşqavinin verdiyi məlumata görə, rəsmi Tehran tərəflər arasında qanlı toqquşmadan narahat olduğunu bildirərək, münaqişəni dayandırmağı və zərər çəkmişlərə yardım edilməsini istəyib. İran rəsmisi həmçinin bu münaqişənin bütün Qafqazın təhlükəsizliyinə xələl gətirəcəyindən öz nigarançılığını da ifadə edib. İran mediasında isə Cənubi Osetiya münqaşəsiylə bağlı müxtəlif təhlillər yazılmaqdadır. Belə ki, bir sıra təhlilçilər İran KİV-inə verdikləri müsahibələrdə Cənubi Osetiyanın Gürcüstandan ayrılma təşəbbüsünün əsas səbəbi kimi Şimali Osetiyada yaşayan Osetinlərin iqtisadi vəziyyətinin daha yaxşı olması və bu çərçivədə cənubda yaşayan Osetinlərin də Rusiyaya birləşmək istəmələrini göstərirlər. Bəzi mətbu orqanları isə münaqişənin səbəblərini Gürcüstan və Rusiyadan çox xaricdə axtarır. Bu görüşü müdafiə edən İranlı tədqiqatçilar Cənubi Osetiya münaqişəsini ABŞ, NATO və AB ilə Rusiya arasında mübarizə meydanı kimi təsəvvür edir və Rusiyanın son addımını Kosovonun intiqamı kimi dəyərləndirirlər. Təhliçilər Rusiya rəsmilərinin dəfələrlə Kosovonun müstəqil olması halında Cənubi Osetiyanın müstəqil ola biləcəyini bildirdiyini xatırladırırlar. Bundan başqa, təhlilçilər Saakaşivilinin Qərb yönlu və bir tərəfli xarici siyasəti ilə Qərbin yardımına güvənməsi ilə Qərbin Gürcü lideri dəstəkləməsini də münaqişənin alovlanmasında bir digər səbəb kimi göstərirlər. İran mətbuatında bu mövzu ilə bağlə müxtəlif fikirlər olsada, rəsmi mətbuatın verdiyi məlumatlardan belə qənaətə gəlmək olar ki, rəsmi Tehran regionda hərbi münaqişənin alovlanması tərəfdarı olmasa da, bu prosesin AB və ABŞ-la Rusiyanın ixtilaflarının dərinləşməsinə və İranıın nüvə məsələsini bir qədər arxa plana keşməsinə xidmət etməsindən məmnundurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar