SON XƏBƏRLƏR

18 -08 -2008 . Süper güc olmaq yolunda dünya xalqlarını xilas etmə şüarları

2021.10.20, 07:36
18 -08 -2008 . Süper güc olmaq yolunda dünya xalqlarını xilas etmə şüarları

Gunaz.tv
18 -08 -2008 . Süper güc olmaq yolunda dünya xalqlarını xilas etmə şüarları http://www.araztm.az/?mod=researchs&id=67 İyulun 19-da “İran” prezidentin müavini, turizm və mədəni abidələri qoruma idarəsinin rəisi İsfəndiyar Rəhim Məşayi İran və İsrail xalqlarının dostluğu haqda söhbət etmişdi. Məşayi bir neçə gün sonra öz sözlərini təkzib etsə də avqustun 10-da yenidən İsrail xalqı ilə dostluq haqda danışıb. Bazar günü o bildirib ki, “mininci dəfə və əvvəlkilərdən daha güclü bəyan edirəm, biz bütün dünya xalqları ilə o cümlədən Amerika və İsrail xalqı ilə dostuq”. O həmçinin bildirmişdi ki, “artıq heç bir din bütün dünyaya müsəllət olmayacaq”. Məşayinin bu bəyanatı Şiəliyin “İmam Zamanın gələcəyinə və bütün dünyanı vahid din altında birləşdirəcəyinə dair” inamı ilə ziddiyyət təşkil edir. Məşayinin bəyanatından sonra İran parlamentinin 200-dən artıq millət vəkili, onun açiqlamalarına etiraz bəyanatı ünvanlayaraq “İsrail xalqı ilə dostluq” ifadələrini qınayıblar. Millət vəkilləri Məşayinin cəzalandırılmasını da tələb ediblər. Bəyanatda həmçinin bildirilib ki, “İran xalqı İsrail adında bir ərazini tanımır və Məşayinin sözləri onun Qurani Kərim və məzhəbə dair savadının az olmasından irəli gəlir”. Avqust ayının 10-da “İran” Prezidenti Mahmud Əhmədinejad İranın xarici ölkələrdə olan səfirləri ilə görüşdə bildirib ki, “bizim ürəyimiz bütün xalqlara yanır. Hətta ABD və İsrail xalqına da ürəyimiz yanır. Buna baxmayaraq biz siyonizmlə düşmənik”. Prezidentin Mahmud Əhmədinejadın səfirlərin yığıncağındakı çıxışından bir neçə saat sonra İran İslam Şura Məclisinin Sədri Əli Laricani çıxış edərək bildirmişdi ki, “biz İsrail xalqı ilə dost deyilik”. Bunun üçün bizim səbəb və məntiqimiz var. Laricani ad çəkmədən prezident və onun müavinni tənqid edərək bildirmişdir ki, “Amerika xalqı da (prezident Əhmədinejad dediyi kimi) ən yaxşı xalq deyil. Elə başqa xalqlar kimidir. Onları yalandan tərifləmək və ya da pisləmək heç lazım da deyil”. İran inqilabının rəhbəri Ayətullah Xomeyni inqilab ərəfəsində “Qudsun işğalçı rejimini” regionda “xərçəng xəstəliyinin mənbəyi” adlandıraraq, onun tezliklə məhv olacağını iddia etmişdi. İran prezidenti Mahmud Əhmədinejad da bir neçə dəfə İsraili “regionda pislik mənbəyi” adlandırıb və bu ölkəyə qarşı ağır ifadələr işlədib. Prezidentin ifadələri müxtəlif dünya ölkələrin liderlərinin etirazına səbəb olmuşdu. İranın xarici ölkələrdəki səfirləriylə görüş keçirən İranın Ali Dini Rəhbəri Ayətullah Xamenei də öz çıxışında bildirmişdi ki, “İran regionda böyük gücdür”. Rəhbərin sözlərinə görə bunu digər ölkə rəsmiləri də etiraf edir. Ali Dini Rəhbər səfirlərə belə mövzunu xatırlatmaqla İranın xaricdə fəaliyyət göstərən diplomatlarına İranı necə təmsil edəcəklərini xatırlatmağa çalışırdı. Hər bir güclü ölkə digər ölkələrdə nüfuz qazanmaq üçün müxtəlif şüarlardan istifadə edir. Demokratiya, insan hüquqları, iqtisadi inkişaf və digər şüarlardan xüsusi məqsədlər üçün istifadə olunur. İran əvvəllər “İslamın yayılması”, “İslamın qorunması”, “dini dəyərlərin bərpası”, “yoxsullara yardım” və bənzər şüarlarla bir sıra müsəlman ölkələrdə tərəfdar toplaya bildi. Xatəmi mədəniyyətlərarası dialoq şüarı ilə dünyada İrana perestij qazana bildi. Əhmədinejad indiyə qədər yalnız İslamı şüarlardan istifadə edirdi. Amma indi artıq İranın “həqiqi bir gücə çevriləcəyinə inanır” və digər ölkələrdə nüfuz axtarmağa başlayır. Bu səbəbdən bütün xalqlara “öz məhəbbətini” elan edir. Bu arada 30 ildir düşmən elan edilmiş İsrail və ABŞ xalqını da unutmayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar