SON XƏBƏRLƏR

İrandan Azərbaycan qaçaqmalçılıq yolu narkotik vasitə keçirən iki nəfər saxlanılıb

2021.10.20, 07:36
İrandan Azərbaycan qaçaqmalçılıq yolu narkotik vasitə keçirən iki nəfər saxlanılıb

Gunaz.tv
İrandan Azərbaycan qaçaqmalçılıq yolu narkotik vasitə keçirən iki nəfər saxlanılıb [ 19 Avqust 2008 18:41 ] Bakı. Elbrus Seyfullayev - APA. Yardımlı polisi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirən iki nəfəri həbs edib. Bu barədə APA-ya Yardımlı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şamil Seyidli bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Yardımlının Alçabulaq kənd sakini, 1968-ci il təvəllüdlü Ədalət Yusubov və Sırıq kənd sakini, 1959-cu il təvəllüdlü Yaşar Ağayevdən 1 kiloqram tiryək aşkarlanaraq götürülüb. Narkotik vasitənin Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə keçirildiyi müəyyənləşib. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar