SON XƏBƏRLƏR

İRANDA 73 NƏFƏR VƏBAYA YOLUXUB

2021.10.20, 07:36
İRANDA 73 NƏFƏR VƏBAYA YOLUXUB

Gunaz.tv
İRANDA 73 NƏFƏR VƏBAYA YOLUXUB 2008-08-19 - 13:38:00 İranın müxtəlif əyalətlərində vəba xəstəliyi yayılıb. «Media forum» saytının məlumatına görə, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya jurnalistlərə açıqlamasında bu günə qədər 73 nəfərin vəbaya tutulduğunu, onlardan 4 nəfərin xəstəlikdən keçindiyini deyib. M.M.Quya vəbaya yoluxanlardan 11 nəfərinin xarici ölkə vətəndaşları (əsasən Əfqanıstan və Pakistan vətəndaşları), 62 nəfərin isə İran vətəndaşı olduğunu vurğulayıb. Vəba əsasən ölkənin Qum, Tehran və Hormozqan əyalətlərində qeydə alınıb. M.M.Quya içməli su mənbələrinə nəzarətin gücləndirilməsini vacib sayır. İran Səhiyyə Nazirliyi bu günə qədər iki dəfə vətəndaşlara müraciət edərək xəstəliyin yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görməyi tövsiyə edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar